şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
QAZİ OĞULLAR Siz ey bu vətənin göz bəbəkləri, Canlı şəhidlərim , qazi oğullar. Otuz il inləyən torpağın üstə, Sizin də tökülən al qanınız var. Bu millət, bu torpaq sizə borcludur, Siz tarixyazanlar sərgəsinəsiz. Gərək canınınızdan keçən ağrını, Bizlər sayəsində bilməyəsiniz. Siz ey vətən deyən məmur adamlar, Yarımcan qazilər vətən deyilmi? Tarixin köksünə al qanlarıyla, Yazılan […]
Xudayar Şikəstəsi Alıb şəhadəti zirvədə durdun, Cənnətdə özünə bir xeymə qurdun. Sənlə fəxr eləylədi öz ana yurdun. Xalqının dilində dastana döndün. “Vətən” nəğməsiylə cahana döndün. Xudayar, vətənin ey əziz oğlu, Açdın gələcəyə igidlik yolu. Olub misraların qanadı-qolu, Şair ürəyində dastana döndün “Vətən” nəğməsiylə cahana döndün Nəğməsi olmusan xarı bülbülün, Nəfəsi olmusan süsən-sünbülün. Cənnət Qarabağda çiçəyin-gülün, […]
ŞƏHİD ARZULAR Nə qədər qəlblərə kədərdən cığır, Dərddən iz saıdınız şəhid arzular. Məgər qəm yükünüz beləmi ağır?, Viranə qaldınız şəhid arzular. Şirin xəyalları çəkərək dara, Sevən ürəklərə vurdunuz yara. Yol çəkən gözlərə, endirib qora, Nurunu aldınız şəhid arzular. Doymamış çiçəkli bahara-yaza, Erkən tuş gəldiniz şaxta-ayaza. Nə qədər anaya, gəlinə, qıza, Göz yaşı oldunuz şəhid arzular. […]
YALVARIRAM TORPAQ, QAYTAR BALAMI Avqustun 5-i Kəlbəcər rayonunda ordumuz tərəfindən yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin anasının dilindən. Ruhun şad olsun şəhidim. Balam səni ana bilib can dedi, Vətən dedi, can Azəərbaycan dedi Ana qəlbin necə rəva eylədi, Söndürəsən Babək adlı çıramı? Yalvarıram […]
QADINLAR Qəlbləri kövrəkdir, ruhları incə, Tez sınar, inciyər, küsər qadınlar. Bağlı kitabdı ki, oxunsa, öncə, Olarlar böyük bir əsər qadınlar. Deməyin oxumaq deyildir asan, Səbr edib, dərinə gərək dalasan. Bu böyük əsərin parçası olsan, Bəxş edər çiçəkli bəşər*qadınlar. Salsan sevgin ilə taleyinə vər, Hər gününü eyləyəcək bəxtəvər. Sevsə əgər bil ki, ürəkdən sevər, Sevildikcə gözəlləşər […]
Sabahınız xeyir əziz və dəyərli dostlar. Dostluğumda olan və olmayan bütün müəllimləri, peşə bayramları münasibəti ilə ürəkdən təbrik edirəm. Şagird və Tələbələrimizin dilindən yazdığım bu şeri isə onlara ərməğan edirəm. MÜƏLLİM. Bir ağacsan barın bəlli, Bir zirvəsən qarın bəlli, Fəsilsən, baharın bəlli. Çiçəklərin dərir əlim, Əzuz, hörmətli müəllim. Elm, bilik, zəkan dərin, Kök atırsan dərin-dərin. […]
YAĞIŞIN SİMFONİYASI Sarıldı boynuma boyunbağıtək, Mirvari damlalar pəncərəmizdən. Dedi, misralara şəklimi bir çək, Boyası duyğudan, fırçası sözdən. İldırım çırpılıb qayaya, daşa, Həzin damlaların kəsdi sözünü. Toqquşan buludlar verib baş-başa. Hər biri qorxudan sıxdı gözünü. Qopub şimşəklərin məngənəsindən, Yağış süzülürdü torpağa sarı. Axıb təbiətin gen sinəsindən, Baxıb seyr edirdi ağ buludları. Hər damla sırayla düşdüyü yerdə, […]
YAŞANMAMIŞ İLLƏRİM QAYIT Bir zaman tərk edib getdyin kimi, Qayıt yaşanmamış illərim qayıt. Kipriyim ucundan itdiyin kimi, Qayıt yaşanmamış illərim qayıt. Neçə arzuları qoymusan yarım, Çəkmisən yoluna tikandan tarım, Mənim ki, düz olub əhdim ilqarım Qayıt yaşanmamış illərim qayıt. Yaşadar insanı sevginin ilki, Sevgisiz bir ömür, ömür deyil ki.. Pərişan gənncliyim dönüb deyir ki, Qayıt […]
ŞEYTAN ÖVLADLARINA Allah bu nə zülüm necə bəladır, Anamız təbiət od tutub yanır. Şeytanlar dünyanı alıb cənginə, Özünü atəşin övladı sanır. Dünyanın qəlbini odlayəb hər gün, Özünü qəhrəman kimi zənn edir. Düşmənlik insanlar arasındasa, Maralın, ceyranın günahı nədir?. Görəndə günahsız yanan canları, İnsan ürəyinin qalarmı tabı? Hələ yuvasını dəlilər kimi, Küllərin içində gəzən sincabı. Sənə […]
YUXU Gecələr yuxuma gələrdin hərdən, Gələrdin gülərüz, şirim, mehriban. Yaşın həmin yaşdı, saçlarınınsa, Elə bil üstündən keçməmiş zaman. Yenə gəldiyintək dönüb gedərdin, Sorğusuz, sualsız, səssiz, sədasız. Dumanlar içindən çevrilib, hərdən, Əl də eyləyərdin çox etinasız. Sanki sevgimiz də qısqanıb səni, Hər zaman yuxuma gətirərdi gec. Əllərin əlimə toxunan kimi, Bir ömür ayılmaq istəməzdim heç. Sarılıb […]