Kategoriler

Arşivler

Sakit Məmmədov Kategoriler

Tarih 20 Şub 2022 Kategori: Sakit Məmmədov

Meydan oxuyur

Meydan oxuyur Mehribanlıq itdi, Allah, Gül, gülə meydan oxuyur. Bacı – qardaş, xoş bir avaz, Bəm, zilə meydan oxuyr. Hörmət, izzət aralanır. Aqil ınsan qaralanır. Qara saçlar yan daranır, Ağ telə meydan oxuyur. Haqqı pulla tapdalayan, Başa keçir utanmadan. Yagış yoxsa, su tapmayan, Çay selə meydan oxuyur. Yığmasaydı arı balı, Sağalmazdı cox zavallı. Zəmilərdə qargıdalı, […]

Tarih 25 Eki 2021 Kategori: Sakit Məmmədov

Aslanlı qəbristanlığı 6

Kim oxumaq istəsə tam şəkildə səhifəmdə var. Aslanlı qəbristanlığı  ( poema.) 6-cı bölüm. Hammı heyran qaır ğözəlliyinə, Dağına, dərənə, düzənliyinə. Yaltaqlar baş əyən özəlliyinə, Qoymaram ki, qəlbim əl çala, dünya. Zaur inanmadı öz qulağına, Məhkəmə bəraət verirdi ona. Əğər belə isə, onda bəs Nigar, Niyə hesab etdi onu günahkar? Bəlkə səhv eşitdim, eləysə nədən, Hamı […]

Tarih 25 Eki 2021 Kategori: Sakit Məmmədov

Aslanlı qəbristanlığı. 5

Aslanlı qəbristanlığı. ( Poema) (5-ci bölüm) Təklik yaman şeydir,aparar səni, Kədərə ürəyin sipər olanda. Silərlər sinəndən çəkdiyin qəmi, Dostlar aralıqda çəpər olanda. Saat beş tamamda yığılıb dostlar, Görülən işlərdən söhbət açdılar. Məktubdan başladı ilk öncə söhbət, Özünə çatdırdım, dedi, Əzəmət, – Başçı da qarışdı bu məsələyə, Hakimə zəng etdi, mühümdür, deyə. Ondan xahiş etdi çox […]

Tarih 25 Eki 2021 Kategori: Sakit Məmmədov

Aslanlı qəbristanlığı 4

Aslanlı qəbristanlığı ( poema ) 4-cü bölüm. Allahla başladı sözüm, söhbətim, Bir daha ürəyim sevinər, çətin… “Dərdlilər güləcək”, yalanmış vədin, Adın da bir quru sözdümü, Yarəb? Qışın oğlan çağı, buz idi yollar, Zaur tələsirdi, gözləyir Nigar. Dal təkər sürüşür, Zaur qaz verir, Yolumu gözləyir Nigarım, deyir. O, yamanca çaşdı, üç uşaq birdən, Sürüşə, sürüşə çıxdılar […]

Tarih 22 Eki 2021 Kategori: Sakit Məmmədov

Aslanlı qəbristanlığı3

Aslanlı qəbristanlığı (poema) 3-cü hissə. O vaxt uşaq idim, hərə bir yandan, Birisi moizə, birisi Quran, Dedilər, haqq tanı, səni Yaradan, Xöşbəxt edəcəkdir, düzdümü Yarəb? Onun işlərinə geyindirib don, Ondan danışırdı, bütöv bir rayon. Zaur fikirləşdi, iclas keçirsin, Orda öz fikrini izah eləsin. Söyləsin sözünü qoy kim istəsə, Sonda layihəsi qoyulsun səsə. Əgər səsi udsa, […]

Tarih 22 Eki 2021 Kategori: Sakit Məmmədov

Aslanlı qəbristanlığı2

Aslanlı qəbristanlığı (poema) 2ci bölüm Bəzən qəzəblənir uşaq deyərək, Qanmaz sırasına qatılan zaman. Ona qüvvət gəlir, o, üsyan edir, Öz körpə mənliyi satılan zaman. Nə sirdir?, şirindir baldan da dadı, Dəcəldir, eşitmir tanışı, yadı. Nədənsə tez susur hər bir övladı, Atanın qaşları çatılan zaman. Ancaq bəziləri demir baladır, Onlar bu körpəcə qəlbi qanadır. Yaxşı ki, […]

Tarih 22 Eki 2021 Kategori: Sakit Məmmədov

Aslanlı qəbristanlığı

Poema. Aslanlı qəbristanlığı Epiqraf: Adam var atası ölüb acından, Pullanıb, kimsəni indi tanımır. Qohumlar baxıblar uşaqlığından, Əmisi, dayısı kimdi?, tanımır. Adam var özüyçün alışıb elə, Öləndə kimsənin gözü dolmayıb. Adam var xalq üçün alışıb elə, Son anda beş arşın bezi olmayıb. Adam var geyinib bir iblis donu, Qaldırıb, şah edib zamanı gəlib. Adam var ki, […]

Tarih 3 Eyl 2021 Kategori: Sakit Məmmədov

Səmədi sordu

Səmədi sordu Yurduma yaz gəlib, çöllər al geyib, Yazın bu naxışı Səmədi sordu. Ömrün fəsilləri nə tez dəyişir? Payızı həm qışı Səmədi sordu. Atını ov üçün yoran ovçudan, Ovuna min tələ quran ovçudan, Balalı ahunu vuran ovçudan, Geyranın baxışı Səmədi sordu. Bəzən söz açsa da min bir gözəldən, Təbiət vurğunu oldu əzəldən. İşiylə tarlada nəğmə […]

Tarih 16 Ağu 2021 Kategori: Sakit Məmmədov

Dünyam qaraldı…

Dünyam qaraldı… Dedi, mən necəyəm?, düzünü söylə, Dedim, söz acizdi elə gözəlsən. Dedi, şair, onda məni vəsv eylə, Dedim, başdan başa şer, qəzəlsən. Dedim, hər yanağın parlayan ulduz, Dilində bal gəzir, söhbətində duz. Ay ceyran yerişlim, ahu baxışlım, Yaradan yaradıb səni qüsursuz. İlk gördüyüm andan sənə can dedim, Mənimtək atəşə sən də yan, dedim. Qorxdum […]

Tarih 14 Haz 2021 Kategori: Sakit Məmmədov

Necə ayrılım? ~

Son zəng! Mən, başda orta məktəb müəllimləri olmaqla, bütün şagirdləri “SON ZƏNG” münasibətiylə təbrik edirəm. ~~ Necə ayrılım? ~~ (Müşfiqanə) Son zəngin vaxtıdır, indi vurular, Tutqun könüllər də artıq durular. Mənimsə qəlbimdən sorur duyğular, Bu zəngli saatdan necə ayrılım? Həmişə məktəbdə deyincən, gülən, Birinin dərdini o, biri bilən, Dərdlinin dərdinə çarə düşünən, Bu çılğın həyatdan […]