Bilirəm ki, indi yazacaqlarımı bir-iki nəfər oxuyacaq.Buna rəğmən içimdə bir yanğı var, yazmaq yanğısı, odur ki, yazacam.
Şüurumuzda əvəz- əvəz prinsipi ən önəmli yerdədi. Sosial şəbəkədə şeir paylaşdım, dəyərindən asılı olmayaraq kimsə bəyəndisə mən də onun şeirin bəyənəcəm, yox bəyənmədisə lap belə poeziya nümunəsi olsa da bəyənməyəcəm. Deməyim odur ki, şəxsi prinsiplər ümumi prinsiplərdən çox öndə gedir. Şəxsi həyətyanı sahəmizdən bir qarış olsun belə bir kimsəyə vermərik, silah