Kategoriler

Günel Ferhadqızı Kategoriler

Tarih 10 Nis 2019 Kategori: Günel Ferhadqızı

Səni Sevirəm

Onu gördüyüm son gün və onunla etdiyim son söhbət idi. O narkotik vasitə və spirtli içkilərin alüdəçisi idi, mən isə ona alüdə olmuşdum. Onun narkotik vasitələr qəbul etdiyini və içdiyini bilmirdim. Dostları deyəndə, inanmırdım. Çox adam deyirdi ki, güclüyəm. Belə bir adamla yaşaya bilirəm. Mənim bundan şübhələnməyim üçün o heç nə etmirdi. Nə evdən oğurluq halları var idi, nə mənə qarşı aqressiyası. Ondan sonra mən susmağa başladım. Məni danışdıran, dinləyən və anlayan tək o idi…

Tarih 10 Nis 2019 Kategori: Günel Ferhadqızı

İnsanla it

Bəzi insanları çox sevirəm. Sayları az olsa da. Bir sahibim var idi, düzü sahiblik etmirdi. İt kimi məni ailənin bir üzvü hesab edirdi, insanlardan, doğmalarından ayırmırdı. Bir dəfə övladını qonşu uşaqları incidəndə, evə küsmüş və hirsli vəziyyətdə gəlmişdi. Hirsini məni daşlamaqla soyutmaq istəyirdi. Daş atmağa başlayanda atası onun əlindən tutub saxlamışdı. Övladına bilirsiniz nə demişdi?

Tarih 10 Nis 2019 Kategori: Günel Ferhadqızı

İt günü

Bəli, mən bir itəm. Sıradan bir it. Bəlkə də kimin üçün isə bir itin gündəlik tutması, yazıb oxuması bir möcüzədir, bəlkə kimsə bunu sıradan hesab edir, bəlkə kimsə buna inanmır, bəlkə kimsə buna inanır. İnsanların yerinə bir qərar verə, söz deyə bilmərəm. Bilirsiniz, mənə həmişə nə maraqlı olub? İnsanlar biz itlərin həyatını yaşayır, davranışını yamsılayır, ya biz itlərin gününə düşürlər, ya əksinə biz itlər insan həyatını yaşayır, onların davranışını yamsılayır, onların gününə düşürük?

Tarih 3 Mar 2019 Kategori: Günel Ferhadqızı

Utopiya 

Vicdanımla tez-tez və ardıcıl olmasa da, arada ünsiyyətdə oluram. Bu cür ünsiyyət mənəvi yükümü daşıyan ruhumun təzyiqi altında baş tutur. Ruhuma borcluyam, vicdanıma yox. Vicdanım inkişaf və irəliləyişimə, zamana uyğunlaşmağıma çox mane olur. Bu cür ünsiyyəti heç ünsiyyət də saymıram, daha çox sorğu-suala cavab, müzakirəyə bənzəyir. Özü də hökmən ya vicdanım özünü haqlı çıxartmaq istəyir, ya da mən vicdanıma sahibi olduğumu xatırladıb, üstünlüyün və son sözün məndə olduğunu tez-tez

Tarih 20 Oca 2019 Kategori: Günel Ferhadqızı

Qadınım ol

O, boş otaqda videokamerani yandırıb stulda oturdu və həyatı ilə bağlı etirafı etməyə başladı:
-Mənim adım Mələkdir. Atam bir vaxtlar anamla sevərək ailə qurmuşdur. Amma buna baxmayaraq, atam biləndə ki, qız uşağının atası olub, yəni anam oğul yox, qız doğub, məndən də, anamdan da imtina edib və bizi doğum evində atıb getmişdir.

Tarih 20 Oca 2019 Kategori: Günel Ferhadqızı

Alagözlüm

Onunla ilk dəfə elə burada tanış olmuşdu. Şəhərin iri ticarət mərkəzlərinin birində. Bu günkü kimi o gün də piano arxasında oturub mahnılar ifa edirdi. Pianosuna yaxınlaşan bir qadının gözlərinə baxdı. Çox gözəl gözləri var idi, ala rəngdə. Elə bu gözlərin şərəfinə o Alagözlüm mahnısını pianoda ifa etməyə başladı. Məhz bu mahnı ilə ətrafına çoxsaylı dinləyici yığa bildi. Beləcə tanış oldular.