Kategoriler

Günel Ferhadqızı Kategoriler

Tarih 5 May 2019 Kategori: Günel Ferhadqızı

«Beyin yeyənlər» fəsiləsi

İnsanlar var ki, onların qida vasitəsi insanların «beyni»dir.

Beyin yeməyin də yolları var. Necə ki, biz qidanı ya əllə, ya çəngəllə, ya çubuqla, ya da qaşıqla orqanizmimizə ötürürük. Adətən beyin ilə qidalanan insanlar aqressiv olurlar və seçdikləri yollar bu və ya digər şəkildə aqressiv olur. Beyin ilə qidalananlar daha çox psixoloji və mənəvi təzyiq və zorlama, şiddət alətini seçirlər.

Tarih 5 May 2019 Kategori: Günel Ferhadqızı

Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)

Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var:
1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.);

2. Fiziki (ərzaq məhsulları və içki);

Tarih 5 May 2019 Kategori: Günel Ferhadqızı

Rafiq-sadiq it

Onun yaşı bəlkə çox deyildi. Amma xəstəlik onun üzündəki həyatın əlamətlərini silməkdə davam edirdi. Əvvəllər aramla öskürməsi aramsızlaşırdı. Gecələri yatmadığını gecə yarısı gələn ayaq səslərindən bilinirdi. Var-gəl edirdi. Sanki nə isə barədə ciddi düşünürdü. Həyat əhəmiyyətli qərar verməli idi. Onun yaxın qohumun olmadığına əmin idim. Yaxın qohumu olsaydı, ya yanına gələrdi, ya da evindən çıxardıb, onu qocalar evinə atıb evinə sahiblənərdi. Kapitalizm yaxın və doğmalardan bunu tələb edirdi.

Tarih 5 May 2019 Kategori: Günel Ferhadqızı

Bir az (esse) onИЮНЬ 12, 2018

Bir aza dəyər verməz insanlar… Deyərlər ki, bir azdı. Unudarlar ki, çoxlar üst — üstə yığılmış və önəm vermədiyimiz bir azlardı.
Bir az sevərsən, sonra başlayarsan bir az darıxmağa…
Bir az anlamazlar səni, sonra keçərlər heç anlamamağa…
Bir az gülərsən kiminsə üzünə, bir az üz verərsən, çıxar boynuna, ordan yol alar başına, yeyib bitirəndə rahatlıq tapar…

Tarih 5 May 2019 Kategori: Günel Ferhadqızı

Etmədiklərim, az etdiklərim…

Bu vaxtadək düşünmüsən nəyi az etmisən, ya heç etməmisən?

Bəzən bunu düşünəcək vaxtımız, bəzən isə istəyimiz qalmır həyatın, insanların əlindən…

Vaxt və istək tapıb, onları uyğunlaşdıranda düşünmək istəməzsən, sadəcə dincəlmək istəyərsən düşüncələrinin əlindən…

Mənsə, düşündüm bu barədə, elə bu gün.

Tarih 2 Nis 2019 Kategori: Günel Ferhadqızı

Sualım var özümə / 31.01.2015

«Gecdir, Günel, get yat!» deyir içimdəki bir səs, amma gözlərimə getmir yuxu, fikirlər, daxilimdə fırtınalar, qasırğalar, tornadolar, üzümdə isə xoşbəxtlik maskası, sevinc, rahatlıq, Hollivudsayağı təbəssüm, uğur, qələbə! İç dünyamı əvvəlkitək aça bilmirəm hər kəsə!İnamım insanlara azalıb, çox görmüşəm insanlardan, yaxşılıq da, pislik də!Özümü tanıya bilmirəm, özümdən nə gözləyim bilmirəm, qalsın ki, başqalarını, başqalarından!

Tarih 2 Nis 2019 Kategori: Günel Ferhadqızı

Yazmırlar ki

Bəzən kitab və onu yazanlar barədə düşünürəm, düşünməyim ilə dəhşətə gəlməyim, üzülməyim bir olur. Məyus oluram.

Niyə bizim ədəbiyyatda Çexovlar, Əziz Nesinlər, Frans Kafkalar azdır, niyə Erix Frommlar, Alber Kamülər, Freydlər, Konfutsilər kimi dərin təhlil etməyi və düşündürməyi bacaran yazıçılarımız azdır? Niyə cəsarətsiz, qorxaq və yaltaqdırlar?

Tarih 11 Mar 2019 Kategori: Günel Ferhadqızı

Qadınım ol

O, boş otaqda videokamerani yandırıb stulda oturdu və həyatı ilə bağlı etirafı etməyə başladı:
-Mənim adım Mələkdir. Atam bir vaxtlar anamla sevərək ailə qurmuşdur. Amma buna baxmayaraq, atam biləndə ki, qız uşağının atası olub, yəni anam oğul yox, qız doğub, məndən də, anamdan da imtina edib və bizi doğum evində atıb getmişdir.
Doğulduğum andan həyatımın ilk dərsini aldım: Nə kişilərə inanmaq olar, nə də onların sevgisinə…

Tarih 11 Mar 2019 Kategori: Günel Ferhadqızı

Bunu da unudacağıq…

Odlar Yurdu Azərbaycan — Vətənimdə bəzi həmvətənlərim, sayları günbəgün artan vətəndaşlar unutqanlıq xəstəliyinə düçar olub, amneziya xəstəliyi sanki elə bir infeksion xəstəliyə çevrilib ki, unutqan olmayanları da xəstələndirə bilir. Yaşından, yaşadığı məkandan, zamandan, dinindən, danışdığı dil və irqindən asılı olmayaraq, özünü azərbaycanlı sayan və ya ölkə vətəndaşlığımızı qəbul edənlər bu xəstəlikdən əziyyət çəkir və

İlk növbədə,bu faciə zamanı itkilərin qarşısını alan polis, yanğınsöndürən və kənarda qalmaqla, kifayətlənməyən və bacardığı köməkliyi göstərən, insan həyatlarını xilas edən, öz həyatlarını təhlükəyə atan hər bir şəxsə, vətəndaşa, həmyerlilərimə öz dərin minnətdarlığımı bildirirəm. Xüsusi minnətdarlığımı həm də, yanğından canlarını xilas etmiş və canları xilas edilmiş insanlara maddi və mənəvi dəstək verən, qan verən, xəstəxanaya