Kategoriler

Günel Fərhadqızı Kategoriler

Tarih 3 Şub 2019 Kategori: Günel Fərhadqızı

Nöqtəyəm…

Mən nöqtəyəm.

Nə olsun ki, kiçik görünəndə, böyük dünyam var.

Kiçik olsam da, nəticə məndədir.

Nə sual kimi boynu büküyəm, cavab gözləyirəm.

Nə nida kimi əmr edib nifrət qazanıram özümə.

Tarih 26 Oca 2019 Kategori: Günel Fərhadqızı

Aile Xercleri

Ailə hər mənada sərmayə tələb edir, xərcləri artır. Bura vaxt, əsəb, səhhət, sevgi, diqqət, pul sərmayə və xərclərini aid etmək olar. Müasir ailələrdə bu cür sərmayə çox zaman birtərəfli olur və özünü doğrultmur.

Niyə tək yaşayanda özümüzə pulumuz -xərcimiz az çıxır, özümüzə daha çox vaxt ayıra bilirik, ailə quran kimi, kiminləsə birlikdə yaşayan kimi bunu bacarmırıq? Fərqlilik, tələbat və tələblərimizin fərqli olması, qazancımızın fərqli olması…

Tarih 26 Oca 2019 Kategori: Günel Fərhadqızı

Sevgiyle Baş Başa

-Çəkdiyim siqaret kimisən. Yanarkən tüstün gözümü yaşladır, acı dadın ağız dadımı dəyişir, çəkərkən səhhətimə ziyandır, içimi qaraldır, qiymətin hər gün qalxır. Səni sevmək mənə ziyandır, niyə bunu həkimlər vaxtında mənə demədilər?
— Bəlkə çəkəsən məni deyə? Bəlkə sevib anlayasan deyə? Bəlkə də məni yandırıb tükədəsən deyə? Bu barədə düşünmüsən?
— İçdiyim şərab kimisən. Ağlımı alırsan başımdan. Dəli oluram. Daha səmimiyəm, üzüm də gülür, unuduram pis nə varsa,

Tarih 26 Oca 2019 Kategori: Günel Fərhadqızı

SIFIR

«Mən 0 olmaq istəyirəm, 0 olardım. Çox adam üçün önəmli deyil, çox adam 0 olmaq istəmir. Amma 0 özəl rəqəmdir. 0 dairəvidir. 360 dərəcəsi var, hara getsən, nə etsən də, eyni nöqtəyə gəlirsən. Başlanğıc nöqtəsi həm də sonudur. Sıfır bölünmür, sıfır vurulmur. Sıfır bütün rəqəmlərdən üstün və güclüdür.

Tarih 16 Ara 2018 Kategori: Günel Fərhadqızı

O Qeder!

O qədər liberalam ki, keçmiş sevgilimlə ayrılanda ona sevgi, uğur, sağlamlıq və xoşbəxtlik diləyirəm, kin saxlamıram.
O qədər liberalam ki, uşağımın atası yenidən ailə qurur, onu təbrik edirəm.
Elə liberalam ki, qızım mənimlə deyil, yeni anası ilə yaşamağı seçir, bunu qəbul edir, anlayıram.
O qədər liberalam ki, kimsə etdiyi yaxşılığı başıma qaxanda, yola verir, incimirəm.

Tarih 16 Ara 2018 Kategori: Günel Fərhadqızı

Əcnəbilər əcəbdirlər…

Məsələn, turist öz vətəni, ölkəsində edə bilməyəcəyini burada edir, deyə bilməyəcəyini burada deyir.

Məsələn, görürlər ki, yerli yolun ortasında arvad-uşağı söyür, ucadan qışqırır, palaz kimi çırpır, buna sıradan yanaşır, sonra elə bizimkinə rast gələndə eyni münasibəti bəsləyir.

Tarih 15 Ara 2018 Kategori: Günel Fərhadqızı

Rahibə, yoxsa, fahişə?

Həyatına davam etmək.
Özünü öldürmək.
Ata evinə dönmək, ya da tək yaşamaq.
Ona görə də ərə getməyə tələsən qız uşaqlarına tövsiyə edirəm ki, uzaqgörən olsunlar. Təhsil alsınlar, karyera qursunlar, özlərini

Tarih 15 Ara 2018 Kategori: Günel Fərhadqızı

Qadının ən böyük düşməni…

Qadının özü – cinsindən asılı olmayaraq bütün insanların ən böyük dostu və düşməni onun özüdür… İnsan özünə həm yaxşılıq, həm də pislik edə bilər… Ona görə də insan özünü tam dərk etmədiyindən özünü sevməkdən savayı, özündən də ehtiyat etməlidir… İnsanın özünə etdiyi pisliyi kənar şəxslər edə bilməz… Çünki kənar şəxslər nə qədər yaxın olsalar da, insana, onu onun özü kimi yaxından tanıya bilməz… Özünüzə dost olun, düşmən olmayın…

Tarih 28 Kas 2018 Kategori: Günel Fərhadqızı

Ayrılıq mədəniyyəti… (esse)

Bizdə ayrılıq mədəniyyətdən başlasaydı, ayrılığın da mədəniyyəti olardı.

Bizdə ayrılmağı bacarmırlar. Başlamağı düzgün bacarsaydılar, bəlkə ayrılmağı da düzgün bacarardılar.

Başlanğıcın da, sonun da bir mədəniyyəti var. Əgər mədəniyyət olmadan başlayıbsa, mədəniyyət olmadan da bitəcək.

Mədəniyyət olan yerdə səmimilik və cəsarət var, etiraf var.

Elə bilirsiniz, ancaq qadınlarda yaşla bağlı psixoloji, fizioloji, intim problemlər olur? Yox! Kişilərdə də var. Kişilər bu keçid dövrlərini psixoloji və fizioloji baxımdan daha çətin keçirdirlər. Qadınlar isə daha asan və rahat.

Kişilər keçid dövrünü fərqli keçirdə bilər. Kimisi məsuliyyətli, ciddi, işgüzar ola bilər. Kimisi uşaqlaşar, kimisi depressiyaya düşüb zəifləyər, kimisi güclənib məqsədlərinə çatar.