Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 5 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest)9

XƏYALLARIN ƏSİRİ.(povest)9 Qapının zəngini basmağa bir neçə dəfə cəhd etsə də,son məqamda tərəddüdlə barmağını geri çəkirdi. Elə bu an qapı açıldı, içəridən iki ağ xalatlı qadın çıxdı.Onlardan biri üzünü Tahirə tutub: -Çalışın ki, yuxulasın, – dedi, – əsəbləri çox oyaqdır. Qapının kandarında Sonanı görən Tahir özündən biixtiyar gülümsədi.Başı ilə həkimin dediklərini təsdiqlədi: -Elədir həkim, tapşırıqlarınıza […]

Tarih 5 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 8

XƏYALLARIN ƏSİRİ.(povest) 8 Sona isə heç kimə, heç nəyə məhəl qoymadan danışır, arabir fasilə edib buludtək dolan gözlərinın yaşını silirdi.Əfruz söhbətin bu qədər gərgin olacağını ağlına belə gətirməmişdi. Ofisiant hazır yeməkləri süfrəyə düzdü.Əfruz Sonanın söhbətindən sarsılsa da, qızı bir qədər sakitləşdirmək istədi: -Səni başa düşürəm, Sona.Çox böyük üzüntülər yaşamısan.Doğma insanların itkisi həqiqətən də çox ağırdır.Afərin […]

Tarih 5 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 7.

XƏYALLARIN ƏSİRİ.(povest) 7. Tahirin təkidinə baxmayaraq, Sona evə özü getdi.Hətta onu metroya qədər ötürməsinə də razı olmadı.Günün hadisələri onu çox yormuşdu.Tez bir zamanda evə çatıb dincəlmək, gözləmədiyi xəbərləri fikrində yaxşıca götür-qoy etmək istəyirdi.İlk dəfə idi ki, evindəki sükuta bu qədər ehtiyac duyurdu. Əl-üzünü yuyub birbaşa yataq otağına keçdi.Yastığı qucaqlayıb gözlərini yumdu.Xəyalında…özü də istəmədən Tahirin siması […]

Tarih 9 Mar 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 6

XƏYALLARIN ƏSİRİ.(povest) 6 -Bağışla Sona, – sanki birdən yuxudan ayıldı, – mən ilk görüşümüzü belə təsəvvür etmirdim.Nədəsə…səni gördüm dərdim təzələndi.Bağışla məni.-Eyb etməz , – Sona yerində səndirlədi, sözünün ardını gətirə bilmədi.Yaxınlıqdakı skamyaya oturdu.Paltosunun yaxasını açdı.Dənizdən əsən sərin mehi ciyərlərinə çəkdi.Tahir isə öz aləmində idi.Dəmir məhəccərə söykənib qəzəblə dənizə baxırdı.Əlindəki siqaret kötüyünü suya atıb qıza tərəf […]

Tarih 5 Mar 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 5

XƏYALLARIN ƏSİRİ.(povest) 5 Cümə günü işdən çıxıb üst geyimləri satılan mağazaya üz tutdu.Bir- birindən gözəl,rəngarəng , dəbli paltoları maraqla gözdən keçirdi.Qara paltolardan biri diqqətini cəlb etdi.Satıcı qız onun niyyətini anlayıb gülümsədi:-Gənc , gözəl xanımsınız , – dedi, – bəlkə başqa bir rəngdə nəyəsə baxasınız?Modellərimiz çoxdur.Ehtiyac varsa, kömək edə bilərəm.-H…hə, mümkünsə…edin.-Baxın bunlar son modellərdir, – deyib […]

Tarih 5 Mar 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 4

XƏYALLARIN ƏSİRİ.(povest) 4 Vücudundan gizli bir üşütmə keçdi.Yenidən şala bürünüb divana əyləşdi.Dizlərini qucaqladı.”Bax, insana yaxınları, doğmaları belə bir məqamda lazım olur, – düşündü, – beləcə bir küncə çəkilib tənha qalanda ən adi sualların qarşıında belə aciz olursan.”, – başını dizinə söykədi.Hamı kimi adi ailəsi vardı.Atası Eldar zavodda çilingər işləyir, anası Zibeydə dərzilik edirdi..Pis dolanmırdılar.Bacısı da […]

Tarih 1 Mar 2020 Kategori: Govhar Rustamova

Xəyalların əsiri.(povest) 3

Xəyalların əsiri.(povest) 3 Sona sanki yuxudaydı.Öz davranışına özü də məəttəl qalmışdı.Dəstəyi asıb yenidən divana əyləşdi. Özünə sualları çox idi.Heç birinə də doğru- dürüst cavab tapa bilmirdi.Gecəni həmişəkindən fərqli olaraq rahat yatdı, hətta səhər zəngli saatın səsinə oyanmaq da istəmədi.Yaxşı əhval- ruhiyyədə özünə çay dəmlədi, iştahla səhər yeməyini yeyib evdən çıxdı.Klinikada yenə qızğın iş günü idi.Xəstələrin […]

Tarih 22 Şub 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 2.

XƏYALLARIN ƏSİRİ.(povest) 2. Həmişəki qaydada özünə yüngül şam yeməyi hazırladı. Həvəssiz də olsa, bir-iki qaşıq yeyib, boşqabı əli ilə kənara çəkdi.Çox sevdiyi məşhur bir filmdən tənha qadının monoloqunu xatırladı:”İş, ev…Ev, iş…səhər yerimdən qalxıb kofe dəmləyirəm, ona görə yox ki, istəyirəm, ona görə ki, belə lazımdır…”.Gülümsədi.Sən demə, bütün tənha qadınların taleyi oxşarmış.Həyat onlar üçün sadəcə nələrinsə […]

Tarih 22 Şub 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 1.

XƏYALLARIN ƏSİRİ.(povest) 1. Sona ayaqqabılarını tələsik geyinib, çantasını götürdü.Mənzilə nəzər salıb evdən çıxırdı ki, telefon zəng çaldı.Əhəmiyyət verməyib getmək istədi, lakin fasiləsiz çalınan zəng ona sanki “ Getmə, ayaq saxla!” deyirdi.Qız duruxdu.” Görəsən səhər tezdən kim ola? Xeyirdirmi?”.Anasının ölümündən sonra qəfil zənglərdən qorxurdu.Nə isə pis xəbər eşitmək xofu vardı.Bir il ötməsinə baxmayaraq bu hissi özündən […]

Tarih 15 Şub 2020 Kategori: Govhar Rustamova

HƏSƏD. 106 ( roman) son.

HƏSƏD. 106 ( roman) son. Sevil Azadın sevgisinə tam əmin olduğundan, indi özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi.Heç nəyə zərrə qədər də olsa şübhəsi qalmamışdı.Belə bir vəziyyətdə onu yalnız həqiqi məhəbbətlə sevən insan duyub başa düşə bilərdi.Azadla sağollaşıb binanın girəcəyinə keçdi.Tələsik liftin düyməsini basıb gözləməyə başladı.Hər şeyi Arzuya danışmaqdan ötrü çox tələsir, səbrsizlənirdi.Onu sevinclə […]