Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 29 Nis 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…4

SÜRÜNƏN KÖLGƏ…4 Sarsıntıdan özünə yer tapmayan Nərgiz qaranlıq,tənha otaqda uzaq keçmişi, onunla bərabər xəyalları və xatirələri ilə başbaşa qaldı.Çox gözəl təbiəti, əsrarəngiz mənzərəsi olan səfalı bir kənddə doğulmuşdu.Özü də, bacı-qardaşı da ata-ana, nənə- baba nəvazişi ilə böyüyürdü.Ailələri kənd camaatı içərisində sayılan-seçilən, nüfuzlu ailələrdən idi.Nərgiz əla qiymətlərlə oxuduğundan müəllimlərinin də, sinif yoldaşlarının sevimlisinə çevrilmişdi.Məktəbin sonuncu sinfində […]

Tarih 22 Nis 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ… 3

SÜRÜNƏN KÖLGƏ… 3 Nərgiz sanki bir aləmdən tamam yad, məchul bir aləmə düşmüşdü.O aləmin heç bir hissəsində özünü görə bilmirdi.Oradan qaçıb canını qurtarmaq üçün çapalayır, yollar axtarırdı.Lakin suallar onu rahat buraxmırdı; Kim idi bu kişi? Onunla nə əlaqəsi vardı? Nədən onunla bu qədər kinayəli danışırdı?Ondan nəyin hesabını istəyirdi?Niyə onu hədələyirdi?Diqqətini naməlum həmsöhbətinin son cümlələrinə cəmlədi:” […]

Tarih 18 Nis 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ… 2.

SÜRÜNƏN KÖLGƏ… 2. Günəşin şüaları gözlərini qamaşdırdı.Otaqda yenə ağ xalatlı adamlar o tərəf- bu tərəfə gedir,öz aralarında astadan nə barədəsə danışırdılar.Xəstənin oyandığını görən tibb bacısı ona yaxınlaşıb:-Sabahınız xeyir, – dedi, – gecəni deyəsən yaxşı yatmısınız.Həkim sizi təkrar müayinə etdikdən sonra sarğılarınızı dəyişib,iynənizi vuracağam.Hələ də danışmaq iqtidarında olmadığını hiss edən Nərgiz başı ilə razılığını bildirdi.Bir neçə […]

Tarih 18 Nis 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ. 1.

SÜRÜNƏN KÖLGƏ. 1. Nərgiz gözlərini açdı.Otaqdakı qarışıq səslərə qulaq verdi: -Xəstənin halı hələ də qənaətbəxş deyil, müstəntiq.Biz onu ağır vəziyyətdə qəbul etmişik.Mümkünsə bir neçə gün gözləyin.Hal-hazırkı durumda onu narahat etmək, həyəcanlandırmaq xoşagəlməz nəticələr verə bilər. -Sizi anlayıram həkim, – digər səs cavab verdi, – Lakin siz də məni başa düşün.Cinayətin izinə vaxtında düşməsək,belə hallar təkrarlana […]

Tarih 16 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) SON.

XƏYALLARIN ƏSİRİ.(povest) SON. Otağı səliqəyə salan Sona ağ xalatını geyinib yerinə əyləşdi.Xəstələrin qəbulu bir saatdan sonra başlayacaqdı.Simuzərgilin qəbulu isə günorta saatlarına qeyd olunmuşdu.Ananın səhər tezdən tələsik hazırlaşmaması üçün Sona həmin saatı daha məqsədəuyğun hesab edirdi. Qızın narahatlığı Əfruzun gözündən yayınmırdı.Tez-tez yerindən qalxıb pəncərəyə yaxınlaşması, klinikanın həyətinə boylanması,diqqətinin dağınıqlığı gözündən yayınmırdı. Sona dərmanları gözdən keçirmək bəhanəsilə […]

Tarih 16 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 14

XƏYALLARIN ƏSİRİ.(povest) 14 Sonanın ürəyinə sanki sərin su çilənmişdi.Tahirin səmimiyyətinə varlığı qədər inanırdı,ona özü qədər etibar edirdi.Gümanında yanılmadığına da tam əmin idi. Hər şey nəzərdə tutulduğu qaydada gedirdi;Sona müalicənin gedişi barədə hər gün Əfruza məlumat verir,lazımi göstərişlər alır,ananın görüşünə tələsirdi.Nahar fasiləsində tələsik otaqdan çıxıb yolüstü ərzaq, şirniyyatlar alır, Simuzəri hər gün nələrləsə sevindirməyə çalışırdı.Qadın da […]

Tarih 16 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 13

XƏYALLARIN ƏSİRİ.(povest) 13 Başını əlləri arasına alaraq divanda sükuta dalmış Sona zəngin kim tərəfindən edildiyini yaxşı bilirdi.Lakin həmişəkindən fərqli olaraq,dəstəyi qaldırmağa tələsmirdi.Tahirin qınaqları onu qanadsız quş kimi çarəsiz çapalamağa vadar edirdi.Qaranlıq otaqda kiçicik bir ümid çırağı yanmağa başlamışdı ki,o da etibarsız çıxıb sönməyə məhkum idi.Xəyalların məngənəsindən qurtulmaq istəyi anbaan puça çıxırdı.Nə etməli? “ Hər şeyi […]

Tarih 14 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 12

XƏYALLARIN ƏSİRİ.(povest) 12 Tahirin sanki nitqi tutulmuşdu.İllərlə xəyalən söhbət etdiyi, dərdinə şərik çıxdığı, halına acıdığı həmin o qız…gözləri önündə idi. Bir gecənin iki ailəyə yaşatdığı faciənin günahsız qurbanları indi yan-yana,üz-üzə, göz-gözə idilər.Yaralarının közü qopmuşdu indi…Bir-birilərinə deyəcəkləri çox söz vardı.Lakin susurdular.Bu sükut adi sükut deyildi…Sanki həmin gecə əllərindən gedən əzizlərinə ehtiram,ruhlarına hörmət,xatirələrinə məhəbbət hissi idi.Hər ikisi […]

Tarih 14 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 11.

XƏYALLARIN ƏSİRİ.(povest) 11. Tahir hələ işdən gəlməmişdi. Ana Sonanın gəlişinə çox sevindi.Gətirdiyi bütün dərmanlara baxıb təəccübləndi: -Ay qızım, – dedi, – bu qədər dərmanı o dediyin…hə ,yadıma düşdü…o cəmiyyətiniz göndərib? -Ana, – Sona gülümsədi, – bu dərmanları qəbul etməniz çox vacibdir.Qutuların üzərində hərəsindən gün ərzində neçə dəfə qəbul edəcəyinizi yazacağam ki, işiniz rahat olsun.Həbləri bir-biri […]

Tarih 5 Nis 2020 Kategori: Govhar Rustamova

XƏYALLARIN ƏSİRİ.(povest) 10

XƏYALLARIN ƏSİRİ.(povest) 10 Səhəri gün Sona klinikaya hamıdan tez gəlmişdi.Məqsədi iş başlayana qədər ananın səhhəti ilə bağlı Əfruza məlumat verib, lazımi məsləhətlər almaq idi. Elə də oldu.Əfruz onu diqqətlə dinləyib fikrə getdi.Təbii ki, laborator müayinələrdən keçməyən xəstənin səhhətinə dair fikir yürütmək, müalicə təyin etmək doğru olmazdı.Lakin ananın hazırkı durumu bu imkanları məhdudlaşdırırdı.İlk növbədə xəstəni ayağa […]