Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 26 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  roman/ davamı  30

Gördüklərindən bir anlığa sarsılsa da , özünü sındırmamağa çalışdı . Onlara yaxınlaşıb, çöhrəsinə süni təbəssüm verdi :
-Elə bilirdim çox çəkəcək , – dedi , – hə , gedəkmi ?, – Nübarın qoluna girdi .
-Gedək , – Nübar etiraz etmədi , – amma , parkda çox yubanmayaq . Biz həm istirahət etməli , həm də dərslərimizi hazırlamalıyıq .
Birlikdə institutun binasından çıxdılar.Zaur qızların söhbətinə müdaxilə etmir , parkdakı bəzək ağaclarını

Tarih 26 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman / davamı 28

Günün sonunda işçilərin şöbədən çıxıb getdiyinə tam əmin olan Arzu Könüllə danışmaq qərarına gəldi . 
Sakitcə onun masasına yaxınlaşıb :
-Könül xanım , – dedi , – vaxtınızı bir neçə dəqiqə almaq olarmı ?
-Deyəcəklərin iş barəsindədirsə , buyur , – Könül ona tərəf baxmadan , ötkəm cavab verdi .

Tarih 6 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. roman.  ( 26 )

Elə o səbəbdən də özünü bilavasitə günahkar hesab edir, “Mən sənədləri evə aparmaq istəməsəydim, belə olmazdı , – düşünürdü , – yəqin ki , müdir mənə görə onu möhkəm danlayıb…”
Amma hazırkı vəziyyətdə Könülə yaxınlaşıb üzr istəməyə cəsarət etmirdi , qız belə əsəbi halda onunla kobud rəftar edə bilərdi .
Həmin gün Könül heç kimlə dinib – danışmadı . Arzunun səmtinə isə heç baxmadı da ..

Tarih 5 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD (24)

-Yazıq qız ! , – düşündü , – demək mən ona rast gəlməsəydim, bu böyüklükdə qovluğu evə aparıb , səhərə qədər işləyəcəkdi …Niyə ? Könülün onu işlə yükləməkdə məqsədi nədir ?, – fikrə getdi , əsəbi halda əli ilə alnını ovuşdurdu . 
Avtobus dayanacağa çatan kimi , böyük bir dəstə qapılara tərəf yüyürdü . Minmək istəyənlər o qədər çox idi ki , düşənlərə maneçilik törənirdi .Hamı evinə tələsirdi . Arzu nə qədər çalışsa da, avtobusa minə bilmədi .

Tarih 5 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD ( 23 )

Könül ziyalı ailəsində böyümüş , Rusiyada ali təhsil almışdı . Bir neçə xarici dil bilirdi .Çox bacarıqlı , işgüzar , məsuliyyətli işçi olduğundan Çingiz onu özünə müavin təyin etmişdi .Yeni layihələrin müzakirəsi zamanı onun da fikirlərinə önəm verir , məsləhətlərini dinləyib hesablaşırdı.

Tarih 5 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD. ( 22 )

Nübar evə qayıdanda Kamran artıq evdə idi . Qız qapıdan içəri girən kimi birbaşa atası oturan otağa keçdi . Onun boynunu bərk – bərk qucaqlayıb :
-Həmişə evimizdə – eşiyimizdə , ata ! , – dedi .Sənsiz bu evin yaraşığı yoxdur! Allah səni bizə çox görməsin ! , – deyib üzündən öpdü , gözləri doldu.

Tarih 4 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  ( 21 )

Ara – sira müəllim suallarla müraciət etdikdə isə Zaur hamıdan əvvəl cavab verir , fikrini əsaslandırmağa çalışırdı.Belə məqamlarda Sevil gah Zaura , gah da Nübara baxırdı . Hələ ki , şübhə doğuran heç bir şey aşkarlamamışdı. Zaur danışarkən Nübar heç arxaya dönüb , ona tərəf baxmırdı da . Başını aşağı salıb , öz yazı – pozusu ilə məşğul olurdu . Zaurun da fikri bütünlüklə dərsdə ,

Tarih 4 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD.  ( 20 )

Qəflətən ağlına gələn düşüncələr onun narahatlığını bir az da artırdı..Nübarın bir çox üstünlüklərini bildiyi üçün ehtimallarının nə vaxtsa gerçəkləşəcəyindən təşvişə düşdü. Başında dolanan qara fikirlər dincliyini pozmağa başladı. Daxilində yenidən rəfiqəsinə qarşı xoşagəlməz hisslər oyandı.

Tarih 4 May 2018 Kategori: Govhar Rustamova

HƏSƏD

Zaur vaxt itirmədən addımlarını yeyinlədib qıza yaxınlaşdı . Qolundan tutub qaldırmaq istəyirdi ki , qız buna imkan verməyib özü qalxdı . Yaxınlıqdakı skamyaya əyləşdi . Üst – başını çırpıb qaydaya salmağa başladı .Zaur :
-Əzilmədiniz ki ? , – soruşdu .
Qız gülümsəyib : 

Tarih 3 Nis 2018 Kategori: Govhar Rustamova

HƏSƏD  davamı ( 14 ) 

Bir şey anlamayan Zaur fikrini kitabdan ayırıb çaşqınlıqla bir Sevilə , bir də yerdəki kitablara baxdı . Cəld kitabları qaldırıb Sevilə verdi :
-Ay , bağışlayın , – dedi , – çox – çox üzr istəyirəm . Günahkaram . Başım kitaba elə qarışmışdı ki , sizi görə bilmədim . Üzrlü sayın .