Kategoriler

Arşivler

Gövher Rüstemova Kategoriler

Tarih 4 May 2020 Kategori: Gövher Rüstemova

XEYİRƏ AÇILSIN SABAHLARIMIZ!

XEYİRƏ AÇILSIN SABAHLARIMIZ! Bəsləyib qəlbində neçə arzu-kam,Sabaha ümidlə boylanır insan.Qüssəyə,kədərə verməyək amanAllahdır arxamız, həm dayağımız,Xeyirə açılsın sabahlarımız! Günəş süasını səpib düzlərə,Al rəngə boyanıb çəmən, dağ-dərə.Bu nə gözəllikdir,bu nə mənzərə?!Şəfəqdən pay alsın od-ocağımız,Xeyirə açılsın sabahlarımız! Çağlasın dağların gur şəlaləsi.Dinsin tütək səsi, gəlsin ney səsi.Bir başqa aləmdir şehi,jaləsiQəlbə şəfa verir buz bulağımız,Xeyirə açılsın sabahlarımız! Vətən torpağının hər […]

Tarih 29 Nis 2020 Kategori: Gövher Rüstemova

XOŞ GƏLDİN,RAMAZAN !

Bütün müsəlman bacı və qardaşlarımı MÜQƏDDƏS RAMAZAN AYI münasibətilə təbrik edir,evlərə, ailələrə könül rahatlığı,dünyamıza salamatlıq arzulayıram.Edilən saf niyyətlər,ibadətlər,tutulan oruclar, oxunan dualar uca Allahın dərgahında qəbul edilənlərdən olsun in şə Allah. XOŞ GƏLDİN,RAMAZAN ! Oxunsun dualar,səslənsin Azan,Elimə xoş gəldin,gözəl Ramazan.Sən aylar şahısan,aylar sultanı,Hüsn-camalına bənzər tay hanı? Bu ayda saflaşır arzu-diləklərTanrı sevgisiylə coşur ürəklər.Tuşlanıb səmaya nurlu baxışlarVurur […]

Tarih 12 Nis 2020 Kategori: Gövher Rüstemova

DEYİLSEYDİ

DEYİLSEYDİ Hər saqqal ağardanaDeyilsəydi “ağsaqqal “,Birçəyi ağaran daAdlansaydı “ağbirçək”,Bu dünyanın işindənBaş açmazdı heç Fələk…Çıxardı məhvərindənBu boyda Yer Kürəsi,İsitməzdi cahanıGünəşin bir zərrəsi.Müdriklik nə “saqqal”a,Nə də “birçəy”ə baxmır.Nə ziyası, nə nuruNadan kafaya axmır.İşində,əməlindəYoxsa düzlük mayası,Saç-saqqal ağartmağınSöyləyin, nə faydası?Örnək ola bilmirsəBugünkü növcavana,Yol göstərə bilmirsəDüz yolunu azana,O ağarmış saçınınNə qədərdir dəyəri?Rənginin mahiyyətiDeyin kimin gərəyi?Qulaq verək söhbəti,Sözü doğru olana.Uymayaq hər […]

Tarih 15 Ağu 2019 Kategori: Gövher Rüstemova

Bir qadın gülərsə

Bir qadın gülərsə,gülümsər cahan,
Günəş də nuruna bələr aləmi.
Dəyişər simasın bütün kəhkəşan,
Silinər dünyanın qəmi,sitəmi.

Tarih 2 Tem 2019 Kategori: Gövher Rüstemova

Gözel Bakım.

Canım Bakım!Doğma şeher!
Öz ünvanım,öz adımsan.
Şenine qoşum neğmeler,
Hem qolum,hem qanadımsan.

Tarih 5 May 2019 Kategori: Gövher Rüstemova

SABAHLARINIZ XEYİRE AÇILSIN.

Oxunsun dualar,verilsin AZAN
Elime xoş geldin,gözel RAMAZAN!
Sen aylar şahısan,aylar sultanı,
Söyle,sene benzer başqası varmı?

Tarih 2 Nis 2019 Kategori: Gövher Rüstemova

Qoymaz bəndəsini naümid ALLAH.

Tanrımızdan gələn hər ünə şükür! 
Hər səhərə şükür, hər günə şükür! 
Şükür, Yaradanın özünə şükür! 
Hər duadan sonra deyək ” in şə Allah”

Tarih 30 Haz 2018 Kategori: Gövher Rüstemova

Qoy xeyrə açılsın sabahlarımız! 

Bəsləyib qəlbində neçə arzu -kam 
Sabaha ümidlə boylanır insan. 
Qüssəyə, kədərə verməyib aman 
Allahdır arxamız, həm dayağımız, 
Qoy xeyrə açılsın sabahlarımız!

Tarih 6 May 2018 Kategori: Gövher Rüstemova

HƏSƏD. roman  ( 27 )

“ Gözəl qızdır “ – düşündü , – necə olub ki , bu vaxta qədər bunu hiss etməmişəm? Baxışları necə cazibədar , təbəssümü necə qeyri – adidir…, – gözaltı ona baxdı , – rəfiqəsinə necə həssaslıqla yanaşır …Amma …amma Sevil onun haqqında heç də yaxşı fikirdə deyil …Nə bilmək olar , bəlkə də tutarlı səbəblər var …”

Tarih 6 May 2018 Kategori: Gövher Rüstemova

HƏSƏD.  roman (25 )

Sevilin sözlərindən tutulan Zəhra bir qədər ciddi tərzdə :
-Sevil , – dedi , – biz hər ikimiz yorğunuq , qalx qabları yu , mətbəxi də səliqəyə sal .
-Nə ?! , – qızın gözləri böyüdü , – bir bu qalmışdı , – əllərini göstərdi , – bu cür manikürdən sonra qab yuyub , qazan sürtəcəyəm ? , – ucadan güldü , əli ilə qarşısındakı boşqabı itələyib yerindən qalxdı .