Kategoriler

Arşivler

Dilşad Araz Kategoriler

Tarih 14 Tem 2022 Kategori: Dilşad Araz

ÇIĞIRI

ÇIĞIRI Çığırı yola aparan, Ayağının qədrini bil. Mən səndə dərdi tapıram, Dərdimində qədrini bil! Qəriblədim, səndə yaman, Daş olmuşam, torpaq aman, Mən sevindim, dondu zaman, Saatının qədrini bil! Üstümə qədir daşı qoy, Yanağıma göz yaşı qoy, Dizimə birdə başı qoy, Yatışının qədrini bil! Dilşad Araz www.kafiye.net

Tarih 25 May 2022 Kategori: Dilşad Araz

Saçlarımdan

Saçlarımdan Saçlarımdan asılıb bir fikirli ağ, qara. Daraq qəmli yeriyir ayırır sağı sola. Görən mənim bəxtimi şeytan aparıb hara? Saçlarım qucaqlaşır bir-birin yola yola!               Qəm üstünə köklədim ürəyimin telini, Mən öyrənə bilmədim ayrılığın dilini, Kim üstümə yönəldib bu həsrətin selini? Özüm boyda həsrətim ,sən boyda ola ,ola! Tanıya bilməmişəm,tanıdığım kəs kimi! Qulağım çəkic döyür […]

Tarih 17 Nis 2022 Kategori: Dilşad Araz

Ne Zamandır

Ne Zamandır Nə zamandır çəkirəm həsrətini cananın! Könlümün mülkünə o candan əziz sultanın! Tazə güllər açıb, ey sərvü qədim, gülşəndə, Mənə sənsiz nə gərək ətri gülün reyhanın. Gəl çıx ey sərvü rəvan canımı yandırdı fəraq Söndürüm vəslin ilə atəşini hicranın. Tazə ay tək bulud ardından əgər çıxsan inan, Bir canım var onu da eyləyərəm qurbanın. […]

Tarih 17 Nis 2022 Kategori: Dilşad Araz

Çoxdan

Çoxdan Çoxdan gedib gözlədiyin qatarlar , Vaqon dolu adam yoxdu təkəm bax ! Vurub məni bu qatardan atarlar, Palan olmuş bir ömür ver çəkəm bax ! Yavan oldu, yava oldu dinmədim , Dərd çıxartdım düz başıma enmədin, Ruhum mələk tapdı,heç sevinmədim , Bir dağ varmı dizlərində çökəm bax! Fərqi yoxdu yuxuludu ,yatıbdı , Ərşə çıxan […]

Tarih 17 Nis 2022 Kategori: Dilşad Araz

Göz Yaşım

Göz Yaşım Sıxılıb göz yaşım damır üzümə, Güzgüdən bir qərib baxır özümə, Bütün arzularım gedin təzimə, Məni xəyalımdan dara çəkiblər, Ağ idim üstündən qara çəkiblər. Məni ürəyimdən dara çəkiblər. Bəşər fırçasının rəngi bozarmış, İblis ətəyində kündə qızarmış, Nəm çəkib əllərim,qəlbim məzarmış, Dünyayla aramda ara çəkiblər, Ağ idim üstümdən qara çəkiblər. Məni ürəyimdə dara çəkiblər . […]

Tarih 15 Tem 2021 Kategori: Dilşad Araz

Ağır gəlir

Ağır gəlir Ağır gəlir bəzən həyat Yorulursan yavaş yavaş. Ömrü ip tək üzən həyat, Qırılırsan yavaş yavaş. Parça parça ,tikə tikə, Can da dözmür belə yükə, Şəhər şəhər, ölkə ölkə, Dağılırsan yavaş yavaş. Tüstüsü gözəl dağılır, Göz yaşına dərd yığılır, Ürəklə ürək sıxılır, Boğulursan yavaş yavaş. Səsin göydə cana gəlir, Ruhun yana yana gəlir, Göydən […]

Tarih 15 Tem 2021 Kategori: Dilşad Araz

Hansı dildə

Hansı dildə Bu yuxu da çin çıxacaq, Hansı dildə başa salım? Sabah yenə gün çıxacaq, Gecə, sənin qadan alım.! Saat, neçə gün oyaqsan? Divar neçə il yatırsan? Vaxt,evimdə bir qonaqsan, Necə səni yola salım? Qapı açdığı ,yer qalmadı, Pəncərə öldü pərdəsiz, Ömür yedim səs salmadı, Süfrəmizə çox vədəsiz, Neçə dərdi qonaq alım?! Bu yuxudan oyanmağa, […]

Tarih 12 Haz 2021 Kategori: Dilşad Araz

Ne Gözümüz

Ne Gözümüz Biz o vaxtda beləydik , Biz indi də beləyik. Nə gözümüz ac oldu, Nə əlimiz əyildi. Həyat bizə vurduğu Yaraları sağaldı, Hər yaradan bir acı, Hər kədərin xətti var. Hər gün dua edirəm, Dərd qəmində həddi var. Göz yaşının içində Gülüş böyütdü gözüm, Dərdim divin gücündə, Dağdan böyükdü dözüm . Biz indi də […]

Tarih 12 Haz 2021 Kategori: Dilşad Araz

Rəngini Bilən

Rəngini Bilən Tənhalıq açısına bir şəkil çəkən oldu? Rəngini bilən varmı çəkilən açıların? Tənhalığın ölçüsün,çəkisin çəkən oldu? Dərdini bilən varmı çəkilən açıların?                                   Hündür yerindən baxıb intiharına ömrün, Bir dəfə göz yumulur yuxusuna ölümün. Qara sözlə başlayır ağ yazılar ağ əmrin, Nizama düzüb gedir hər ayını ilimin! Şirin sözlərin donar isti baxışlarında, Külək öpən ətrini […]

Tarih 4 Eki 2020 Kategori: Dilşad Araz

Bu gün Cənnət günüdü hər günümüz mübarək !

Bu gün Cənnət günüdü hər günümüz mübarək ! Bütün şəhidlərin ruhu şad olsun, Güllələr gül açır gülüş səsindən. Əsğərim sağ olsun ,Vətən sağ olsun, Namərdlər yox oldu mərd ölkəsindən. Vur ,vuran qoluna qurban analar, Hər şəhid ,bir Vətən Cənnətim olsun. Bu torpaq üstünə tökülən qanlar, Dünyada ən uca bayrağım olsun. Oyaq gecələrin şirin yuxusu , […]