Kategoriler

Arşivler

Nahide Tağıyeva Kategoriler

Tarih 5 Ağu 2020 Kategori: Nahide Tağıyeva

Ağlayan Portret

Ağlayan Portret Hekayə Qoca rəssam dərisi qırışmış əlini uzadıb armudu stəkana bayaqdan süzdüyü çayı bir nəfəsə başına çəkdi.Soyuq çay onun yangısını kəsmədi .Yenidən stəkana çay süzüb çayın içinə bir dilim limon atdı.Ayağa durub kətan üzərində yağlı boya ilə işlədiyi rəsmə diqqətlə baxdı.Gözlərini qıyıb diqqətlə süzdüyü əsər həyat yoldaşının xatirəsinə yaratdığı bir portret idi.Portretin sağ tərəfində […]

Tarih 23 Nis 2019 Kategori: Nahide Tağıyeva

Bayırda

Bayırda nə fəslə nə də ki aprel ayına məxsus hava yoxdur .Üç gün bundan əvvəl mövsümə uyğun olan hava tamam dəyişib sanki qış fəslini yaşayırıq.Havanın şıltaqlığı qış geyimini soyunub nazik yaz geyimlərinə keçən insanları yenidən qalın palto və uzunboğz çəkmələrə keçməyə vadar edib. Hamı harasa tələsir ,kimi işə kimi də mənim kimi mənzil başına yetməyə.

Tarih 7 Nis 2019 Kategori: Nahide Tağıyeva

Bitməyən qorxular

Naazannn!!
—Gələn səs piləkənlərdə huşa getmiş qadını səksəndirdi. Gözlərini açıb ürkəkcəsinə ətrafına baxdı. 
Evinin piləkənlərinin üstündə oturduğunu elə oradaca yuxuladığının fərqinə vardı.
Nələr baş verdiyini yadına salıb həyacanlandı.Qucağında mışıl-mışıl yatan körpəsinə baxdı. 
Dərindən bir ah çəkdi.Tez özünü cilovlamağı bacardı. Körpənnin səsdən oyana biləcəyindən qorxub bir təhər ayağa qalxdı.

Tarih 19 Şub 2019 Kategori: Nahide Tağıyeva

Yaşanmış həyat hekayəsi,,

Qonaq otağında olan böyük stolun üzərinə yığılmış nişan xonçaları tavandan asılmış bahalı çilçıraqdan düşən işığın altında daha da gözəl görsənirdi. Bəzəkli xonçaların içində yığılmış bahalı ətiryatların qoxusu belə otağa yayılmışdı. Nişan tortunun üzərinə Kənan və Aynurənin qoşa olan şəkili çox ustalıqla salınmışdı. Sanki o bir şirniyat yox böyük bir çərçivəyə salınmış şəkil idi. Hələ birinci kursda oxuyarkən Kənan evdə ailə qurmaq fikrini bildirndə əvvəlcə valideyinləri inanmamış onun sözünü bir zarafat zənn

Tarih 21 Eyl 2018 Kategori: Nahide Tağıyeva

Bir toy günü Hekayə  birinci hissə

Pəncərin öündə dayanıb həyəti seyr edirdi.Payızı sevməsə də digər fəsillər kimi bu fəslidə də yaşamağa məcbur idi . Keçmişndən onu əlinə düşən siqaretin közü ayırdı.
Həyat yoldaşı Nigardan ayrıldığı artıq beş ilə yaxın idi.Bu müddətdə heç bir qadınla yaxın münasibətdə olmamışdı.
Özünü buna hazır da hiss etmirdi. Dəfələrlə ona ailəsi tərəfindən evlənməsi üçün təzyiq olunsa da buna razı olmamışdı Anasının evlən ailəni qur övlad uşaq sahibi ol deməsinə baxmayaraq deyilən sözlərin qarşısında bir kəlmə ilə istəmirəm deyib etiraz

Tarih 21 Eyl 2018 Kategori: Nahide Tağıyeva

Bir toy günü Hekaye İkinci Hisse

Həm yolun uzaqlığı, həm də, gecənin yuxusuzluğu Sərdarı çox yormuşdu.
Natiqin onun üçün hazırlatdığı yataqda uzanan kimi yuxuya getdi. Elə bil ki,illərin yuxusuzu idi .Ayılanda demək olar ki,şər qarışmışdı. Payızın soyuq havası onu bir az üşütdü. Üstünə salınmış odeyalı lap çənəsinə qədər çəkib tavana baxdı.
Sabah toy günü idi . Bu günə Natiqin subaylığının son gecəsi də demək olardı .

Tarih 29 Ağu 2018 Kategori: Nahide Tağıyeva

XƏYANƏT redaktə edilməyib 1

Neçə illər idi ki onu tanıyırdım onda baş verən bu dəyişikliyin nədən yaranmasını bilməsəm də Arzunun bu qədər soyuqluğu məni çox üzdü.Arzuya qarşı hər zaman diqqətli olmuşdum.Neçə illər idi ki onunla eyni otaqda eyni növbədə işləyirdik.Özümə və ailəmə qarşı ondan heç bir zaman belə soyuq münasibət görmədiyim üçün düzü qəhərləndim də.Ailəmdə yaranan və yaşanan hadisələrdən sözsüüz ki xəbərdar idi.Bu bir ay müddətində düzü məni bircə dəfə də olsun axtarıb soruşmamışdı.

Tarih 29 Ağu 2018 Kategori: Nahide Tağıyeva

XƏYANƏT Redaktə edilməyib 3

Dəhlizdən keçib küçəyə çıxdım. Poliklinikanın qapısından çölə ayaq basar-basmaz məni ilk qarşılayan payız küləyi oldu. Bir az durub hara gedəcəyimi düşündüm. Bağa gedib yenidən şəhərə qayıtmaq bir az vaxt aparacaqdı . Bəs nə edim ?deyib düşündüm. 
Asta-asta yeriməyə başladım. Elə bil çiyinlərim əyilmişdi. Özümü nə qədər şux tutmaq istəsəm də elə bil ki, bütün dünyanın yükünü mənim çiyinimin üstünə yığmışdılar .Bu yük isə mənə qamətimi şax tutmağa imkan vermirdi .

Tarih 29 Ağu 2018 Kategori: Nahide Tağıyeva

XƏYANƏT

Allah saxlamışdı.Özümə gələndə artıq gec idi.güzgü sınmış qapını dəhlizdən döyən vardı.
Afət xanım .
Afət xanım deyilən bir səs məni özümə qaytardı.
Yerə düz ayaqlarımın uc tərəfində döşəmədə yer alan qırılmış iri güzgü sınıqlarını görəndə təşvişə düşdüm.
Bir dəqiqə deyib qapıya tərəf gedib açarı burdum .Qapının çöldən itlənib açılması saniyələr çəkdi.

Tarih 22 Mar 2018 Kategori: Nahide Tağıyeva

Mehv olmuw genclik

Butun gunu yari yuxulu veziyyetde olan Nergizin bu gun yuxusu tamam qacmiwdi. 
Nece gun idi Universitete de getmir ele halsiz veziyyetde evde yatirdi. Qurup yoldawlarindan zeng edib halini soruwan olanlara xesteyem deyib bawdan edir hec kimle uzun uzadu dialoqa girmirdi.