Kategoriler

Arşivler

Metanet Duyĝulu Kategoriler

Tarih 13 Tem 2021 Kategori: Metanet Duyĝulu

DÜNYA

DÜNYA Dünya, neçə üzün var imiş sənin, Nə xeyrin bəllidir, nə də ki, şərin. İnsan övladına dövri-qədimnən, Qazdığın quyular dərindən- dərin? Hərdən üzümüzə baxıb gülürsən, Səadət bəxş edib sevindirirsən. Hərdən də don biçib,qüssə, kədərdən, Bizə öz əlinlə geyindirirsən. Verdiyin şərbətin zəhri bilinmir, Çəkdiyin nazın da qəhri bilinmir. Əllərin başımız üstdədir amma, Qapazı bilinmir, mehri bilinmir. […]

Tarih 1 Tem 2021 Kategori: Metanet Duyĝulu

TEJGAR DAĞI

TEJGAR DAĞI Tejgar dağı, yəqin məndən küsmüsən, Nə vaxtdır ki, yuxuma da gəlmirsən. Tellərinə sığal çəkib o əsən, Yellərinə denən məni götürsün, Qapımızdan içəriyə ötürsün. Tejgar dağı, buludların ağlayır, İldırımın ürəyimi dağlayır. Şurut suyu yəqin çoşub çağlayır, Yoxmu kimsə bircə qurtum gətirsin? İçim bir az həsrətimi bitirsin. Tejgar dağı, səndən iraq düşənnən, Həsrətini siləmmirəm sinəmnən. […]

Tarih 1 Tem 2021 Kategori: Metanet Duyĝulu

HİKMƏTLİ MİSRALAR.

HİKMƏTLİ MİSRALAR. Layiqsiz olan şeyi, Rəva bilmə özgəyə, Dəyərsiz əşyaların, Çöpə getməsin deyə. Salarsan qiymətini, O zaman sən özünün. Dəyəri qalmaz artıq, Bircə kəlmə sözünün. ********************* Çalış ki, bu dünyada, Necə varsan elə qal, Zirvəyə çıxan zaman, Enməyi də gözə al. Baxmaginan məzluma, Yuxarıdan aşağı. Saxla səni qaldıran, Cırıq-sökük başmağı. ********************* Cənnət deyilən yerə, Getmək […]

Tarih 24 Haz 2021 Kategori: Metanet Duyĝulu

MİSRALARIN GÖZ YAŞI

MİSRALARIN GÖZ YAŞI İlk görüşdüyümüz o gün, Bu günkü tək yadımdadır. Xatirələr kölgə kimi, Sürüm-sürüm ardımdadır. Qəfil ox kimi tuşladın, Gözlərini gözlərimə. Gözlərimin giləsindən, Sızıb keçdin ürəyimə. Yumruq boyda bir ürəyə, Elə daxil oldun ki sən. Nə qədər haykırsam yenə, Atammadım ürəyimnən. Divanə bir leyli kimi, Vurdum özümü dağlara, Var gücümlə bağırdım ki, Atım səni […]

Tarih 16 Haz 2021 Kategori: Metanet Duyĝulu

AZƏRBAYCAN-TÜRKİYƏ

AZƏRBAYCAN-TÜRKİYƏ Al-əlvan geyindi Şuşamız bu gün, Oldu cıdır düzü, tamam toy-düyün. Öyün ana torpaq bu gündən öyün, Turan adlı bir yol gəlir ərsəyə, Yaşa Azərbaycan, yaşa Türkiyə. Götürdük düşmənə böyük bir ölçü, Düşmən gördü Türkdə olan bu gücü. Budur, ziyarətə gəlir bir elçi, Qardaşım qardaşdır canımdır deyə, Yaşa Azərbaycan, yaşa Türkiyə. Biz iki dövlətik, eyni […]

Tarih 6 Haz 2021 Kategori: Metanet Duyĝulu

MİKAYIL MÜZİĞİ

Bugün Azerbaycan edebiyatının tanınmış temsilcisi, baskı kurbanı, nakam şairi Mikayil Müşfiğ ‘ in doğum günü. Sovyet İmparatorluğu ‘nun baskı dalgasına gelen Mikayil Müşfig’ i rahmetle anıyoruz! MİKAYIL MÜZİĞİ Bu dünyadan göçmek istemesen de devam et, Senin yerin şairlerde görülür. Seni bir an bile unutmadı, Senin sevginle alışan Dilbar ‘ lar. Aşkla çarpan kalbin, Gençliğinde acıyı […]

Tarih 1 Haz 2021 Kategori: Metanet Duyĝulu

QIZIMA

QIZIMA Hər kəs mənə deyir ki, sən Boy atmısan, böyümüsən. Artıq qızlar bulağından, Hamı kimi su içmisən. Deyirlər ki, körpə quzu, Tamamlayıb on doqquzu. Göz açınca görəcəksən, Gəlib çıxıb bəxt ulduzu. Bu deyilən sözləri mən, Niyə axı hiss etmirəm. Hey qaçıram bu yaşına, Yenə də gəlib yetmirəm. Böyüdüyün görən zaman, Gülümsəyib keçirəm yan. Çünki mənim […]

Tarih 31 May 2021 Kategori: Metanet Duyĝulu

SINAQ

SINAQ (Təmsil) Bir gün meşələr şahı, Heyvanların padşahı. Aslan fikirə getmiş, Gecəni sabah etmiş. Düşünüb daşınaraq, Meşəyə salmış soraq. Yığaraq heyvanları, Sınaq etmiş onları. Demiş, əziz dostlarım, Vəfalı, qardaşlarım. Bu bəzəkli meşədə, Cənnət kimi guşədə. Bütün ili sərasər, Yaşayırıq bərabər. Bu gün bir azca dedim, Sizləri sınaq edim. Kim olarsa ağıllı, Götürsün krallığı. Heyvanlar sevindilər, […]

Tarih 18 May 2021 Kategori: Metanet Duyĝulu

Lalələr.

Lalələr. Yazın əvvəllində vətən çölündə, Çağırır yanına məni lalələr. Qara xallarını düzüb telində, Götürür saçımdan dəni lalələr. Gətirdi bir anlıq ötən gəncıiyi, Yorğun gözlərimə verdi dincliyi. Gəlir üst-başından vüsalın iyi, Qovubdur dumanı-çəni lalələr. Çökdü üst başıma ətir nəfəsi, Sarıldı boynuma hər bir tanəsi. Gəldi qulağıma Rəşidin səsi, Yazıldı bir şeir yeni, lalələr. Müəllif.Metanet  Duyğulu. 18.05.2021 […]

Tarih 5 May 2021 Kategori: Metanet Duyĝulu

ÖTƏN GÜNLƏR

ÖTƏN GÜNLƏR Gözlərim önündə bir xəyal kimi, Yenə də canlanır ötən günlərim. Gəncliyin sökülmüş xərabəsindən, Boylanır nigaran xatirələrim. Ömrün baharının gözləri nəmli, Dolan bulud kimi yağmaq istəyir. Qısqanıb saçımın bəyazlığını, Əlin-ayağını yığmaq istəyir. Deyəsən ömrümdən köç edib gedir, Görən kim olacaq növbəti yarı. Mənimlə bərabər üzü gülmədi, Məndən uzaqlaşıb sevinsin barı. Mən bahar fəslini sevdiyim […]