Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 18 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

GƏLƏR

Kağızdan oxumaz öz yazdığını—-
Şairin əşarı sinədən gələr!
Avazı, dastanı Haqq aşığından,
Dili bayatılı nənədən gələr.

Tarih 18 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

VƏTƏN SƏRHƏDDƏN BAŞLANİR

Vətən sərhəddən başlayır
Hanı bizim sərhədimiz?
Bölük-bölük ,orda -burda
Qismət olub itə-qurda!

Tarih 16 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

FİKRİM

Əlim də çatmır sənə
Hər saatda,hər anda.
Özüm qalım qeydinə
Üşüyəndə,donanda

Tarih 16 Oca 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Ürəyim

Gecələr sızlama səhərə kimi,
İmkan ver, bir yuxu yatım,ürəyim.
Sən özün özünə olmusan düşmən,
Qoymadın arzuma çatım,ürəyim.

Tarih 24 Ara 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Layiq deyilsən

Sözlərin qəlbimi isitməz daha,
Ürəyim bomboşdur sözün doğrusu…
Səni ucaltdığım eşq mehrabından
Sən özün enmisən,özün döğrusu.

Tarih 23 Ara 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Son yarpaq

Bir üzü qırmızı,bir üzü sarı,
Üzüb əllərini ,qopdun ağacdan…
Hanı yaşıl rəngin,sonuncu yarpaq?
Durub seyr edirəm səni bayaqdan.

Tarih 23 Ara 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

OYNADIM

Oynadım, beşdaş oynadım
Mən fələklə gülə-gülə.
Daş üstə düşmədi daşım,
Tale niyə əydi belə?

Tarih 13 Kas 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Qəlbim

Qəlbim dərdlərimin əlində dustaq…
Bəxtim uçuq-sökük koma kimidir.
Ağır yük altında batan gəmiyəm,
Ümidlərim tutqun səma kimidir.

Tarih 18 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

QINAMAYIN ZÜLEYXANI

Qınamayın Züleyxanı,
Yusifə pünhan vurulub.
Dildə gəzib hekayəsi:
“Bir qula Sultan vurulub”

Tarih 18 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Ana

Olmaz gözlərində dünyanın varı,
Övladı yolunda keçər canından.
Çiynində gəzdirər qarlı dağları
Bu müqəddəs varlıq ,fədakar insan.