Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 11 Kas 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Can yoldaşım/Yaşıl dünyam/

Gözlərinin üfüqündə
Günəş kimi doğuluram.
Bulud kimi dolma belə,
Yağışında boğuluram.

Tarih 11 Kas 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Sözümün içində

Sözümün içində gizlənib sözüm,
Təhlükəli suda üzən gəmiyəm.
Özümün içimdə dustağam özüm,
Qınında gözləyən qılınc kimiyəm.

Tarih 11 Kas 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Soruş məni

Damla-damla süzüləndə gözündən,
Soruş məni ürəyinin özündən,
Eşqim ağlar qürurun o üzündə,
Qəmlə dolan könlündən soruş məni,
Susqun qalan dilindən soruş məni.

Tarih 20 Eki 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

YURDUMUN ALNINDA BU QARA YAZI

Qədimdən qədimdir, dərindən dərin
Xalqımın köksünə qazılan yazı.
Bəlkə təqdiridir ulu göylərin
Yurdumun alnına yazılan yazı..

Tarih 8 Eki 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Vusal qoxusu

Yağışın torpaqla bu görüşündən
Ətrafa yayılır vusal qoxusu.
Torpaq cana gəlir, özünə gəlir
Çıxır canındakı hicran qorxusu.

Tarih 21 Eyl 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

ƏLƏMDAR

Ey Əliyyi Murtəza Heydəri-Kərrar oğlu!
Sən ki pak itrəti-əthara havadar oldun.

Yıxmağa zülm evini sidq ilə and içmişdin,
Bayrağı candan əziz bilən ələmdar oldun.

Tarih 12 Ağu 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Ağla ,bu millətin gününə ağla

Səhərdən yağırsan,ay leysan yağış,
Bir az da bu yanan ürəyimə yağ.
Zəhərli oxlardan olub qan,yağış!
Bir az da bu yanan ürəyimə yağ

Tarih 12 Ağu 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Bağlamışam o yolları

Mənə gələn yollarında
Körpüləri yandırmışam.
Üzdüyün dərin sularda
Dəryanı da dondurmuşam.

Tarih 29 Tem 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Yazıq yurdum

Kədərimə bələnmişəm
Müsibəti qana-qana.
Torpağıma sərilmişəm
Öz içimdə yana-yana

Tarih 21 Tem 2018 Kategori: Tamara Rustamova Tənha Bulud

Kiməm mən?

Həsrətinlə yana-yana ölən mən,
Yanıb-yanıb,odu sönmüş küləm mən.
Elə öyrətdin ki sənsizliyinə
Çətin bir də görüşünə gələm mən.