Kategoriler

Arşivler

Nahidə Tağıyeva Kategoriler

Tarih 9 Eki 2019 Kategori: Nahidə Tağıyeva

Qonub Budaqdan Budağa

Qonub budaqdan budağa
Hər ağaca, hər yarpağa,
Yalançı bir yaşıllığa,
Aşiq olub sən oxuma,
Oxuma bülbül oxuma.

Tarih 1 Eki 2019 Kategori: Nahidə Tağıyeva

DEYİRSEN

Deyirsən yenəmi mən asi düşüm ,
deyirsən yenəmi batım günaha?
Lənəti yağdırım yenə taleyə
Buda xoş getməsin bu gün Allaha?

Tarih 16 Eyl 2019 Kategori: Nahidə Tağıyeva

Yaman Ağır Olur

Yaman ağır olur yaman intizar.
Çəkdikcə insanın əyir qəddini.
Birdə baxırsan ki səndən xəbərsiz .
Keçibdir ən acı dərdin səddini.

Tarih 13 Eyl 2019 Kategori: Nahidə Tağıyeva

Bu şehrin

Bu şəhərin qəribədir payızı.
Ağacları sarı paltar geyinmir.
Göy üzünü örtmür qara buludlar.
Ac qarğalar səs küy salıb deyinmir.

Tarih 28 Ağu 2019 Kategori: Nahidə Tağıyeva

Bizi Gözlemeyin

Bizi gözləməyin əsir analar.
Bizi gözləməyin əsir bacılar .
Sizdə gözləməyin əsir atalar.
Biz tutmadıq sözümüzü biləsiz ,
Çətin birdə azadlığı görəsiz

Tarih 15 Ağu 2019 Kategori: Nahidə Tağıyeva

Alıb ürəyimi

Alıb ürəyimi yenə qarşıma
Nə qədər nəsihət öyüd vermişəm.
Bitir bu çiləni yazıqsan deyib
Bu gün yenə xeyli tənbeh etmişəm.

Tarih 22 Tem 2019 Kategori: Nahidə Tağıyeva

Bir İgidin

Bir igidin ömrü keçib aradan.
Necə vardın sən elə də qalmısan.
Nə gözəldir sənin yerin qadası
Ürəyimin başında yer almısan .

Tarih 14 Tem 2019 Kategori: Nahidə Tağıyeva

YENE

Yenə səpələnib bax otağıma .
Sənə aid olan köhnə şəkillər.
Hər biri dil açıb danışır mənə.
Çoxunun dilində yenə gileylər.

Tarih 7 Haz 2019 Kategori: Nahidə Tağıyeva

Dünya neynəsin

Özümüzü sudan belə saf sayıb,
Dünya sənə yüklənmişik əzəldən.
Düz getməyib tərs olanda işimiz
Dünya sənə söz qoşmuşuq qəzəldən .

Tarih 16 May 2019 Kategori: Nahidə Tağıyeva

YENƏ DƏ

Bu gecə yenə də səni düşünüb,
Yenə də bu gecə səni anacam.
Yenədə həmdəmim mənim sənsizlik,
Yenə də bu gecə sənsiz olacam.