Kategoriler

Arşivler

Şəfaqət Cavanşirzadə Kategoriler

Tarih 31 May 2021 Kategori: Şəfaqət Cavanşirzadə

Kənddəki evimizin uğursuzluğu – 4

Kənddəki evimizin uğursuzluğu – 4 (Povest) Nənəm belə kobud olanda, “məhz bu arvada görə ərə getsəydim, birdəfəlik canım qurtarardı ” düşünürdüm. Maşından düşdüm, dədəm qapını çoxdan açmışdı. Qapıdan bir-bir girdikcə “Bismillah ” deyirdik. Molla qardaşdan başqa heç kim evə girmədi, çünki özü əlində Quran kitabı tək girmək istəyirdi. Baxdığım qorxulu filmlərdəki kimi, dedim indi qışqıra-qışqıra […]

Tarih 31 May 2021 Kategori: Şəfaqət Cavanşirzadə

Kənddəki evimizin uğursuzluğu – 3

Kənddəki evimizin uğursuzluğu – 3 (povest) Hiss edirdim,kimsə arxadan mənə yaxınlaşır. O an mənim yerimdə olsaydınız, şahidi olacaqdınız, adamın ürəyinin dayanmağı nədi, az qala bədənindən çıxa. Qorxudan duamı səsli oxuya bilmədim. Mümkün deyildi, dua yadımdan çıxmışdı. “Allah” deyirdim, ardını gətirə bilmirdim. Beynimin düşünmə funksiyası fəaliyyətini dayandırmışdı. Dədəmin bir sözü var. Ölmək ölməkdir, xırıldamaq nədir? Cəld […]

Tarih 30 May 2021 Kategori: Şəfaqət Cavanşirzadə

Kənddəki evimizin uğursuzluğu – 2

Kənddəki evimizin uğursuzluğu – 2 (povest) Nəfəs almağım üçün əllərini boğazımda boşaltdı, mənə ” Pəncərəyə bax ” dedi. Səs özgənin xırıltılı səsiydi. Artıq dəqiq bilirdim, mən nənəmin yanında öləcəm, xəbəri olmayacaq. Axı nənəm sovet arvadıdır, gərək yuxusu yüyrək ola. Pəncərəyə baxıram, heç kim yoxdu.   Kimdi bilmirəm, üstümdən düşdü, mənim boğazımı buraxmadan ayağa qaldırdı, pəncərəyəcən […]

Tarih 30 May 2021 Kategori: Şəfaqət Cavanşirzadə

KƏNDDƏKI EVIMIZIN UĞURSUZLUĞU/1

KƏNDDƏKI EVIMIZIN UĞURSUZLUĞU (povest) Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Hündür binaların möhtəşəmliyindən oksigen […]

Tarih 6 May 2021 Kategori: Şəfaqət Cavanşirzadə

Ele Yalanlar

Ele Yalanlar Elə yalanlar, elə fırıldaqlar eşidirsən, görürsən ki, mətəəl qalırsan. Yolda maşın vurmuş, nəticədə yüngül yaralanmış adamı xəstəxanaya çatdırırsan, vicdanlı davranan insan olursan. Xəstəxanaya tökülüşən qohum əqrabaları səni şikayət edir. Guya maşınla sən vurmusan. Hər şeyi izah elədikdən sonra yoxluq üçün yaradana şükür edirsən. Sonra kənardan guya sənə ürəyi yananların dəxlisiz sözlərini eşitmək məcburiyyətində […]

Tarih 8 Haz 2020 Kategori: Şəfaqət Cavanşirzadə

“GECİKMİŞ NAMUS”

Yenə də kkarantindən istifadə edib, Şefaqet Cavanşirdən qan donduran bir hekayə oxudum. Hekayə haqqında uzun uzadı danışmaq istəmirəm, paylaşıram özünüz oxuyun. “GECİKMİŞ NAMUS”(hekayə) Şəhvətinin ağlına güc gəldiyi vaxtda ailəli ola-ola, ailəli adamla münasibətlərinin ortaya cıxacağını düşünmürdü. Əri Dilqəm, həyətdə tikdikləri bir otaqlı evdə yaşayan, Bakıdan gəlmiş mühəndis Cəfərin tikintisində fəhlə işləyirdi. Aylarca kişi üzünə həsrət […]

Tarih 5 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş -8

Hər halda bacardığım qədər şübhə yeri qoymurdum. Heç şübhəsiz özünü mənə ölkənin digər kişilərindən fərqli göstərəcəkdi. Bədbəxt günlərimdə məni başa düşən kitablarıydı. Hər birində haqqımda nələrsə yazılmışdı, ya da mən axtarıb tapırdım, ən pis halda özümə elə gəlirdi. Ən pis halda yazıram, çünki psixoloji problemlərimin olduğunu hiss edirəm. Axı, normal qadın belə qisas almaz. Oxuduğum psixoloji kitablardan gəldiyim nəticə buydu.

Tarih 5 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 7

İnstagramda, facebookda başqa ad-soyadda profil yaratdım. Yarıçılpaq qadın şəklini profil şəklinə etdim, ümumilikdə isə öz şəklimi paylaşdım, yalnız dostlarım görə bilərdi. Heç kimə dostluq atmırdım, gözləyirdim mənə dostluq təklifi gəlsin. Elə də oldu, çox kişidən mesaj gəldi, aralarında eləsi vardı ki, profil şəklimdən məni çoxdan bar qadını kimi düşünmüşdü, öz şəklimi görüb birbaşa pul qarşılığında otelə dəvət edirdi. Bütün mesajları screen edib telefonumda saxladım, beş-altı kişini fərqli

Tarih 1 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 6

– Sizə nə lazımdır?
– Mən bizim şirkətin mallarını reklam edirəm. Televizor, tozsoran, soyudu….

Bu işdə yeni olduğu o dəqiqə hiss olunurdu. Əvvəllər də reklam üçün qapımızı döyənlər az deyildi. Amma onlar cütüydü, bu oğlanın tək gəlməsi mənə qəribə gəldi. Əvvəlcədən əzbərlədiyi şablon sözləri sonacan dinləməyə hövsələm çatmadığı üçün danışmağa imkan vermədim.

Tarih 1 Eki 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Sakit savaş – 5

Yeməyimi bitirdikdən sonra ofisianta əlimlə işarə elədim ki, hesabı gətirsin. O, hesabı gətirənə qədər tualetə getdim. Güzgünün qarşısında simama diqqətlə baxdıqdan sonra, məni ağlamaq tutdu. Yaxşı ki məndən başqa heç kim yoxuydu. Gözlərimin qarası yayılmasın deyə ikinci barmağımı alt kipriyimin altına apardım ki, göz yaşım barmağımı islatsın. Dodağıma, yanağıma su vurdum, öz-özümə danışırdım.