Payız gəlib yetişibdir meyvələr,
Dərilməyib bağımızın barı, gəl!
Qapımızdan keçəmməsən, sevgilim,
Heç utanma, tullanıb keç barı, gəl!
Nə gözü doyandır, nə də ki nəfsi,
Varı çoxaldıqca bəy “azdır” deyər.
Həyəti qoruyan it quduranda
Oğlan nökərinə bəy “azdır” deyər.