Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 16 Tem 2018 Kategori: Çingiz Kürdəmirli

Sevgisinə zəmanət

Gəl sənə sevgidən özüm dərs deyim,
Nəticə çıxarmaq istəsən, əlbət,
Atalardan qalma var belə deyim,
Mənzilinə yetər, kim etsə niyyət…

Tarih 12 May 2018 Kategori: Çingiz Kürdəmirli

Sevgi sanırsız

İstəmirəm sözüm dava qoxusun,
Gəlin elə yazaq, hamı oxusun,
İzləyirəm gələn rəyin çoxusun,
Tərəfləri Leyli-Məcnun tanırsız, 
Niyə deyişməni sevgi sanırsız?…

Tarih 12 May 2018 Kategori: Çingiz Kürdəmirli

Virtual məhəbbət.

Dərdlərini göndər gəlsin üstümə,
Mənim qəlbim dərdlər üçün “Bilgisay”,*
Od vur, yandır, — tamaşa et tüstümə,
Tikdir öz eşqinə külümdən saray.

Tarih 6 May 2018 Kategori: Çingiz Kürdəmirli

Canavaradı

Bir arxalı iş başına keçirsə,
Neçəsin gətirir cana…var adı*,
Alçaqlığı həyat yolu seçirsə,
Əməlindən neçə can avaradı…

Tarih 29 Nis 2018 Kategori: Çingiz Kürdəmirli

BU GÜN

Məni deyişməyə çağıran hərif,
Gərəkdi beynini yoxlaylm sənin,
Ədəb-ərkanını eyləyib tərif,
Vəsfini divara mıxlayım sənin.

Tarih 29 Nis 2018 Kategori: Çingiz Kürdəmirli

Başa düş

Sənə mən söz deyirəm, ay bəni-insan,, başa düş,
Salmısan bir günə, yox dərdimə dərman, başa düş.

Şerinin hər sətiri, məndə “xoş” əhval yaradır,
Ruhuma qaşov çəkən “vəzninə “ heyran, başa düş.

Tarih 3 Nis 2018 Kategori: Çingiz Kürdəmirli

Ürəyim

Alışa bilmirəm miskin həyata,
Necə deyim qanma, duyma, ürəyim,
Yan-yörəmi iblis, şeytan bürüyüb,
Fitnə-fəsadlara uyma ürəyim.

Tarih 27 Mar 2018 Kategori: Çingiz Kürdəmirli

Dodağına

Səni necə vəsf eləyim, bilmirəm,
Gözlərim dikilib qız, dodağına,
Əldə qələm, bir qərara gəlmirəm,
Yazsam yaraşarmı, söz dodağına?..

Tarih 27 Mar 2018 Kategori: Çingiz Kürdəmirli

Gələcək

Kredit də narkotik kimi şeydir,
Bir dəfə öyrəşdin, dalı gələcək,
Badəyə süzülən şeytani meydir,
Bir səfası, min zavalı gələcək.

Tarih 27 Mar 2018 Kategori: Çingiz Kürdəmirli

Ağayana

Ömür yolum tamam qüssə, kədərdi,
Bircə günüm olmayıb ağ, ay ana,
Alın yazısını pozmaq hədərdi,
Qaçammazsan “qədər”dən ağa, yana.