Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 23 Nis 2019 Kategori: Çingiz Kürdəmirli

Yol daşı

Sözü qəlpə – qəlpə qayadan qopar,
Diş ilə, dırnaqla çalış yol, daşı*,
Əməlindən nəsə qalsın yadigar,
Təbin ilə gələcəyə yol daşı**…

Tarih 15 Nis 2019 Kategori: Çingiz Kürdəmirli

Qabağa

Dost kimi dərdimi bölüşmək üçün,
Görən, varmı biri, çıxa qabağa…
Taleyimiz belə yazılıb neyçün?
Güman gedir neçə illər qabağa*…

Tarih 15 Nis 2019 Kategori: Çingiz Kürdəmirli

Günaha batır

Dövran havalanıb bilmirəm, nədir,
Qəflətdən ayılan, yenidən yatır,
Yoxsa çərxi-fələk tərsinə gedir,
Beynin inkişafın belə yubadır?!

Tarih 10 Nis 2019 Kategori: Çingiz Kürdəmirli

Ver qırağa, saxla, bala.

Bura şeir aləmidir, keçməz işin “xox”la, bala,
Müqayisə eyləmə gəl, onurğanı “tıx”la, bala,
Köhnədən qalan bazara, gəlmə təzə nırxla, bala,
Olma səbəb qeylü – qala, söz qabını yoxla, bala,

Tarih 9 Mar 2019 Kategori: Çingiz Kürdəmirli

Yaşana

İstəyirdim elə yazam yazımı,
Oxunanda dürlü anlar yaşana,
Zəmanə döndərdi qışa yazımı,
Gözlərimdə donub qaldı yaş, ana!

Tarih 7 Mar 2019 Kategori: Çingiz Kürdəmirli

Nənəm indi

Qanana “milli dəyər”di,
Tarixdəki nənəm indi,
Görən, bizə nə deyərdi,
Sağ olsaydı nənəm, indi?…

Tarih 28 Şub 2019 Kategori: Çingiz Kürdəmirli

Belə dolandırma məni

Dözmürəm, ağrın alım, mən bu uişlərin tabına,
Atalar deyib, hərə urcah olar öz babına.
Çoxları burda salır, çömçəğni özgə qabına,
Dolandırmadın məni….. Dolandırdın “hər zad”ına,

Tarih 24 Şub 2019 Kategori: Çingiz Kürdəmirli

Seyr edək zamanımızı

Qovzayıb başımızı, qovlayıb dumanımızı,
Bir qədər açıq gözlə seyr edək zamanımızı.

Gücümüz çox şeyi həll etməyə bəs eyləməyir,
Satmayaq heç olmasa, şeytana vicdanımızı.

Tarih 26 Oca 2019 Kategori: Çingiz Kürdəmirli

Axırınacan 

Söz ruhi qidadır, oxşayır dənə,
Gərək üyüdəsən, axır unacan,
Deyilənlər uyğun olsa, dərdinə,
Çalış dinləyəsən axırınacan.

Tarih 18 Oca 2019 Kategori: Çingiz Kürdəmirli

Ahu – zar kimi

Bir sual verəcəm, qal intizarda,
Olmayacam sənə, havadar kimi,
Yerini deyəcəm, taparsan harda,
Bostanda, ağacda həm də, bar kimi…