Kategoriler

Aygün Hüseynli Kategoriler

Tarih 10 Nis 2019 Kategori: Aygün Hüseynli

Şabanım

Ayların içində müqəddəsimsən,
Haqqin dərgahına gedən səsimsən.
Sənə dəyər verən Xaliqə əhsən,
Hər anın əzizdir mənə, Şabanım!

Tarih 9 Nis 2019 Kategori: Aygün Hüseynli

Üçrəngli Bayraq

Sən işıq səpmisən vətən sözünə,
Od, hənir olmusan yurdun közünə,
Müqəddəs rənglərin gülür üzümə,
Arzum, həvəsimsən, üçrəngli bayraq!

Tarih 9 Nis 2019 Kategori: Aygün Hüseynli

Odlar Diyarı

Balan tək sinənə başımı qoydum,
Ana nəvazişi, ətrini duydum.
Qəlbimdə sönməyən atəşim, odum,
Doğma ocağımsan, Odlar Diyarı!

Tarih 9 Nis 2019 Kategori: Aygün Hüseynli

Göndər mənə

Çiçəkləyib arzu, dilək,
Duyğularım həzin, kövrək.
Bir məhəbbət məktubu tək,
Ürəyini göndər mənə.

Tarih 22 Oca 2017 Kategori: Aygün Hüseynli

Gül Açim Mən Də

Göy başim üdtə bir mavi çətir,
Yerlərə baxiram min rəngə çalir.
Bürüyüb dünyani neçə min ətir,
Adamin huşunu başindan alir.

Tarih 18 Oca 2017 Kategori: Aygün Hüseynli

Bir Payiz günü

Soyunur yay donunu,
Ağaçlar yarpaq–yarpaq.
Özünü günə verir,
Meşələr çilpaq–çilpaq.

Tarih 7 Oca 2017 Kategori: Aygün Hüseynli

Anamı Görürəm

Günəş şəfəqini yayır ellərə.
Lalədən don biçir qızıl çöllərə.
Gözlərim baxsa da gözəl güllərə,
Bu gözəllik dünyasənda
Anamı görürəm, anamı ancaq!

Tarih 27 Ara 2016 Kategori: Aygün Hüseynli

Şuşam

Gözlərimdən sudu düşüb,
Yanağımı yudu düşüb,
Sənsizliyin odu düşüb,
Bağrım oldu talan, Şuşam.

Tarih 7 Ara 2016 Kategori: Aygün Hüseynli

Yolumu

Gözlərimdən itsən bir gün ,
Ara,axtar,gəz yolumu.
Qalsam dörd yol ayricinda,
İtirmərəm öz yolumu

Tarih 3 Ara 2016 Kategori: Aygün Hüseynli

Anamin

Tanri bir ocaqdan iki köz çəkib,
Közünə oxşayir közü anamin.
Hərdən gülümsəyir ,hərdən süzülür,
Gözümə oxşayir gözü anamin.