Kategoriler

Arşivler

Qanun Ümman Qahabli Kategoriler

Tarih 9 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Əhdin bura qədərmiş

Nə bilim… Saflığımdan nahaq sənə inandım,
Vədlərinə güvəndim, parçalandım, talandım.
Bal damırdı dilindən, elə bildim şəkərsən,
Nə bilim ki, telindən məni dara çəkərsən.

Tarih 6 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Qələm var ki…

Çox görmüşəm sözü üstə duranı,
Kaş dünyada yalançılar olmaya.
Qurban olum ərənlərin izinə,
Namərdlərin kölgəsində qalmaya.

Tarih 6 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Şair Ömrü

Bir damcını dəniz edər,
Bir çınqılı dağ eyləyər şair sözü.
Bir bülbülə nəğmə olar,
Xəzanlığı gül-çiçəyə bürüyərək

Tarih 3 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Bəşər Üçün

Ey bəşər, insanlıq eşqi üçün siz,
Amandı, silaha əl uzatmayın.
“Sevin yarananı yaradan üçün”
Amandı, silaha əl uzatmayın.

Tarih 1 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Desələr: “Hardasan?,-de,- Qahabdayam

Oxucum, dünyada bir cənnət görsən,
Desələr: “Hardasan?,-de,- Qahabdayam”
Çiçəkdən özünçün bir çələng hörsən,
Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Tarih 1 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Axtar Məni

Mən qocaman bir palıdam,
Eşqdən çalan, qəmli udam.
Leysan dolu bir buludam,
Şimşəklərdə axtar məni.

Tarih 1 Haz 2016 Kategori: Qanun Ümman Qahabli

Nəyinə Güvənim?

Bağlayıb qıfılı, açarı uddu,
Nəyinə güvənim mən bu dünyanın?
İnsan qanı vardı bünövrəsində,
Nəyinə güvənim mən bu dünyanın?