Kategoriler

Arşivler

Solmaz ŞİRVANLI Kategoriler

Tarih 9 Nis 2022 Kategori: Solmaz ŞİRVANLI

EY VƏTƏN

EY VƏTƏN Dağlarında qar olam, Bağlarında bar olam, Torpağında var olam, Daşda bitəm, ey Vətən. Bir gül olam bağında, Qartal olam dağında, Olam gənclik çağında, Dil- dil ötəm,ey Vətən. Nəğmə olam dillərdə, Çiçək açam çöllərdə, Rüzgar olam yellərdə, Öləm- itəm, ey Vətən. Solmazın bahar-yazı, Sənsən söhbəti- sazı, Qəlbində şah murazı Sənə yetəm,ey Vətən. Solmaz Şirvanlı […]

Tarih 4 Ara 2021 Kategori: Solmaz ŞİRVANLI

ALLAHIM VAR

ALLAHIM VAR Ay məni tək bilən,tənha sayanlar, Mənim güvəndiyim bir Allahım var. Məni hər bir zaman dardan qurtaran, Xeyirli axşamım,nur sabahım var. Başımın üstünə min sayə salan, Qadanın-bəlanın əlindən alan, Hər yerdə,hər zaman mənimlə olan, Mənə qahmar duran bir pənahım var. Oyatdı yuxudan,qıymadı öləm, Açdı sabahımı günəşdir şöləm, İstədi sizlərlə sevgimi böləm, Hər kəsdən “UCA”dır,tək […]

Tarih 26 Kas 2021 Kategori: Solmaz ŞİRVANLI

Kəlağayı gününə yazdım.

Kəlağayı gününə yazdım. Aşıq PƏRİ qızlarına birbaşa efirə. Düzülüb cərgəyə Pəri qızları, Yelənli kəlağay telə yaraşır. Zərbafta koftalar,zərli tumanlar, Mina gərdəninə, belə yaraşır. Dinlədim Gözəlin gözəl səsini, Duydum hər birinin gül nəfəsini, Kimi şeir deyir,kim nəğməsini, O gözəl nəğmələr dilə yaraşır. Bu gözəl qızların yox ki,tayı da, Şaqraq gülüşlərin yoxdur sayı da, Pərvanə, Güllüsü kəlağayıda […]

Tarih 1 Kas 2021 Kategori: Solmaz ŞİRVANLI

MƏNİM

MƏNİM Məndən gileylənən əziz qardaşım, Özgə ocaqlarda qarışıb başın, Özgələr olubdur dostun-sirdaşın, Sən ki, çıxmamısan yadımdan mənim. Yazdığım salama cavab da yoxdur, Mənim ki, gözlərim həmişə toxdur, Çoxunun gözünə bir adım oxdur, Qorxum yox heç kəsin odundan mənim. Bilin öz yerimdə kişiyəm, kişi, Pələngəm-aslanam yırtıcı-dişi, Yazmaq-yaratmaqdir, şairin işi, Çoxu yanıqlıdır adımdan mənim. Bəxtimə rənglərin qarası […]

Tarih 22 Eki 2021 Kategori: Solmaz ŞİRVANLI

GÜLƏSİYƏM

Əziz rəfiqəm,könül sirdaşım dəyərli Roza Rustemova nın “mənə mesajında yazdığı “Solmaz Xanım gül həmişə”SƏNƏ GÜLMƏK YARAŞIR” sözünə o anda yazdığım cavab. GÜLƏSİYƏM Güldürsən güləsiyəm, Öldürsən öləsiyəm, Hər arzu istəyimi, Səninlə böləsiyəm. Gəl güldür gözlərimi, Yay elə sözlərimi, Gəzək dag- düzlərimi, Bil onda güləsiyəm. Bacım məni harayla, Həm də qavalla-nayla, Çağır nişanla- toyla, O anda gələsiyəm. […]

Tarih 25 Ağu 2021 Kategori: Solmaz ŞİRVANLI

MÜBARƏK

MÜBARƏK Dünya sənin,Vətən sənin,el sənin, Uca dağlar,geniş çöllər,gül sənin, Bülbül kimi nəğmə deyən dil sənin, Bir yaşındır bu ad günün mübarək! Rövşən adın yaşat oğlum özündə, Böyü,boy at, doğru ol öz sözündə, Bir ata ol bibilərin gözündə, Atanı da təbrik edək biz gərək, Ata-oğul,Ad gününüz mübarək! Yaşa bu Vətəndə xosbəxt-firavan, Hər zaman gülərüz,bəxtəvər oglan, Sənə […]

Tarih 7 Haz 2021 Kategori: Solmaz ŞİRVANLI

AYRILA BİLMİRƏM

“AŞIQ PƏRİ” qızlarından ibarət “GƏLİN SÖHBƏT EDƏK” qrupunda olan şeirli-nəğməli xanımlara AYRILA BİLMİRƏM Könlüm alov aldı közdən, Duyuq düşdüm adi sözdən, Qara qaşdan,lalə üzdən, Sizdən ayrıla bilmirəm. Al- əlvandır Vətən bağı, Sərin sulu çay-irmağı, Tellərındə yar barmağı, Qızdan ayrıla bilmirəm. Lalə açmış dağı-düzü, Ot bürümüş çığır-izi, Baldan şirin şeri-sözü, Sözdən ayrıla bilmirəm. Hərəsi bir Pəri […]

Tarih 31 May 2021 Kategori: Solmaz ŞİRVANLI

GƏL YURDUNU ZİYARƏTƏ

GƏL YURDUNU ZİYARƏTƏ Arzuların boş olmasın, Gözlərində yaş olmasın, Hələ ömrün qış olmasın, Gəl yurdunu ziyarətə!! Yüzə çat sən,yüzdə dayan, Dağlara çıx, düzdə dayan, Gəl Şirvana,bizdə dayan, Gəl yurdunu ziyarətə! Bu arzular çoxalacaq, Dərdi-qəmlər yox olacaq, Gözün-könlün tox olacaq, Gəl yurdunu ziyarətə! Bənövşə dər,suyundan iç, Başı qarlı Murovdan keç, Özün üçün yurd yeri seç, Gəl […]

Tarih 26 May 2021 Kategori: Solmaz ŞİRVANLI

ÖZÜN OL DAYAĞIM

ÖZÜN OL DAYAĞIM Ağlasın halıma zalım zamana, Qoyulub taleyim oxa, kamana, Düşüb ömrüm-günüm, sisə -dumana, Qırılıb dizlərim, ayağım mənim. Ağrıdan dincəlib,yata bilmirəm, Karvan yola düşüb,çata bilmirəm, Sirdaşım bir qələm,ata bilmirəm, Əsa da olmayır,dayağım mənim. Bir qələm,dörd divar,bir də ki,özüm, Bələnib qəmlərə şeirim-sözüm, Bu qədər ağrıya yox daha dözüm, Daha şölə saçmır mayağım mənim. Nə atam-anam […]

Tarih 12 Nis 2021 Kategori: Solmaz ŞİRVANLI

ÇOX ŞÜKÜR

ÇOX ŞÜKÜR Ey Rəbbim,ey Tanrım Həmd olsun sənə, Yenə nur sabahım açdı çox şükür! Yenə Günəş doğdu zər şəfəqilə, Ömrümdən acılar qaçdı çox şükür! Hər tərəf yamyaşıl,hər yan gül-çiçək, Baxıb fərəhlənir,məst olur ürək, Könül şövqə gəlir,edir min dilək, Başımdan qaralar uçdu çox şükür! Qoy Rəbbim qoy özü,yar olsun bizə, Gözəllik paylasın dağlara-düzə, Gəzək çəmənlərdə gül […]