Kategoriler

Arşivler

Mezahir İsgender Kategoriler

Tarih 22 Kas 2021 Kategori: Mezahir İsgender

Y A Z I Y A D O Ğ R U

Y A Z I Y A D O Ğ R U ….. Allah verib mənə yazı yazanda Quşlarının yuva qurmaq həvəsin. Bir bilmərəm ki gündüzmü,gecəmi, Necə gəlir,necə gedir nəfəsim? Üzərəm…Üzərəm o dənizdə ki, Misralar dalğadı, sözlər ləpədi. Qayığım vərəqlər, avarım qələm, Olmuşam bu yolda yolçu,əbədi. Nə dönüşü,nə sonu var bu yolun, Gedərəm,axsa da tərlər gözümdən. […]

Tarih 22 Eki 2021 Kategori: Mezahir İsgender

A Y Q Ə L Ə M

A Y Q Ə L Ə M Necə deyim alışmadım,yanmadım, Alovlandım,axı yandım, ay qələm! Görüb səni,sözü boynubükülü, Param-param paralandım,ay qələm! Bir söz dedim,min-bir yerə yozuldum, Min dərdə,min qəmə bir kor göz oldum, Gur ocaqda heç sönməyən köz oldum, Öz üstümə mən qalandım,ay qələm! Zildə dindim,mənə kimsən dedilər, Bəmdə dindim,sarı simsən dedilər, İnamı dandılar,haqqı yedilər, Öz-özümü […]

Tarih 25 Eyl 2021 Kategori: Mezahir İsgender

TA AHLA SƏSLƏMƏ MƏNİ

TA AHLA SƏSLƏMƏ MƏNİ Nə olar,ta ahla səsləmə məni, Nə olar,qurusun göz yaşların da. Nə olar, qoy səssiz batıb-quylanım Mən özüm-özümün göz yaşlarında. Nə olar ki sil gözünün yaşlarln, Nə olar,fəryadlar səni boğmasın. Nə olar kədərlər,qəmlər öz ömrün Sənin qədərindən bir də doğmasın. Nə olar ki fəryadlara bəs denə, Nə olar gül,gülüşünə tuş olum. Nə […]

.”ƏKS – SƏDA”. Üç hissədən ibarət roman. (3-cü paylaşım) **************** === 0 === Acdığını hiss etdi.Az-az gedərdi yeməkxa- nalara.Kirayə qaldığı evdə az-çox ərzağı da var- dı.Biş-düşür etməyi də bacarırdı.Tək adamdı, ötüşməyə nə vardı ki? Kiçik ekranlı bir televizor da almışdı.Gününü keçirirdi.Düzdü,qonşusu Qə- dir kişi dəfələrlə anlatmışdı ki,belə olmaz.Quş budağa tənha qonmaz,qonsa da orda çox dur- […]

Tarih 9 Eyl 2021 Kategori: Mezahir İsgender

HƏSRƏTİNİ QOXLADIM….

HƏSRƏTİNİ QOXLADIM…. Bu gecə də gəldi-keçdi beləcə, Nə qələm göz yumdu,nə mən yuxladım. Gülüm,sənin əvəzinə gör necə Doya-sıra həsrətini qoxladım.! Qələm deyil,həsrət oldu əlimdə, Məni yaxan həsrətin də nə şirin! Yolum-irzim,imanım da,dinim də Sənin qulun,sənin kölən,əsirin! Bu həsrət də ətirli gül kimidi, Barı,qoyma onu sınıb-solmağa. Sevməmişdən axı kim səni kim idim? Alışdırdın məni Məcnun olmağa. […]

Tarih 30 Ağu 2021 Kategori: Mezahir İsgender

Y A Z I X L A R

Y A Z I X L A R Qədərimmiş,mən nə deyim,ay Allah? Bir insana inamıma yazıxlar! Üz çevirdi,çaylar axdı tərsinə, Bir insana inamıma yazıxlar! Qəfil yağdı,yaz üstünü qar aldı, Zülmət oldu,gün-gündüzüm qaraldı, Min gümanla getdiyim yol daraldı, Bir insana inamıma yazıxlar! Yol tutmuşdum,xoş ünvana gedirdim, Haqq səsləyib,haqqa ümid edirdim, Bu yolu da yarıyolda bitirdim, Bir […]

Tarih 25 Ağu 2021 Kategori: Mezahir İsgender

G E R İ D Ö N

G E R İ D Ö N Qayıt,yerinə qoy ayı,günəşi, Yenə olduğumtək görüm həyatı. Qayıt gözüm nuru,könlüm atəşi, Qayıt,sahmana sal bu kainatl! Əli Kərim ————– Görmürəm yol məni hara aparır, Qayıt,dağıt bu çəni,bu dumanı. Dön dinim-imanım,inamım mənim, Dön!..Dönməyin deyilmidir zamanı? Dön dinim-imanım,inamım mənim, Dön çəmənim,dön gülşənim,dön gülüm! Qoyma yesin məni həsrət,intizar, Qıyma yanıb,yana-yana tökülüm. Dön […]

Tarih 18 Ağu 2021 Kategori: Mezahir İsgender

Bu günümüze de şükürler olsun

Bu günümüze de şükürler olsun Bugüne de şükürler olsun! Bir rüyadan uyandım. İlham perim yine duydu ve deniz kızı, Təb nuruna boyandım mən. Bugüne de şükürler olsun! Binlerce kez tekrar izledim. Ve yine bin kalple Merhaba dedim, merhaba aldım. Bugüne de şükürler olsun! Sonsuza kadar uyumadım. Kim taşlı rüyalarda uyur, Bu günü də unutmadım. Bugüne […]

Tarih 17 Ağu 2021 Kategori: Mezahir İsgender

S Ə N S E V M Ə S Ə N D Ə

S Ə N S E V M Ə S Ə N D Ə Səni sevəcəyəm sən sevməsən də, Səni sevəcəyəm hava,su kimi. Səni sevəcəyəm səndən uzaqda Bir qəlbin əlyetməz arzusu kimi. Səni sevəcəyəm hava,su kimi, Səni sevəcəyəm, olsan harda da. Səni sevəcəyəm hökmün sən verən, İlgəyin sən çəkən qara darda da. Səni sevəcəyəm lal yuxularda, […]

Tarih 6 Tem 2021 Kategori: Mezahir İsgender

GÜLÜM, MƏNİ ELƏ ÖP Kİ

06 iyul. Bu gün ümümdünya öpüş günüdür. GÜLÜM, MƏNİ ELƏ ÖP Kİ Gülüm,məni elə öp ki… Elə öp ki,elə öp ki dünya tərsə dönsün,                                               zaman dayansın. Düşüm elə alova,düşüm elə oda ki– Ruhum külə dönsün,canım da yansın. Unudum özümü,unudum sözümü… Yaşamağa,qalmağa day,tapmayım dözümü. Yanım!.. Elə yanım,elə yanım ki,baxıb mənə uzaqdan,                                                 odlar tapsın təsəlli. […]