Kategoriler

Elli Atayurd Kategoriler

Tarih 30 Haz 2016 Kategori: Elli Atayurd

Yatandı Dünya

Dünyanı dünyada axtaran insan,
Xəcalət üzündən itəndi dünya.
Namərd körpüsündən mərdi keçirən,
Gədanı bəyə tay tutandı dünya.

Tarih 20 Nis 2016 Kategori: Elli Atayurd

Bəyənmir

Dünya tərsmi dönür axsaq öndədir,
Palçıqmı ağarıb qarı bəyənmir.
Söyüdlər özünü bağ-bağat sayır,
Yulğunun kolları narı bəyənmir.

Tarih 16 Nis 2016 Kategori: Elli Atayurd

Babək

Başı Bağdad ayağı Hində çatan,
Zülümü xilafətin ölüm saçan,
Əsiri,qəz-gəlini kölə satan,
Köləlik,bəndə ruhu Azadlığın yad səsidir,

Tarih 3 Nis 2016 Kategori: Elli Atayurd

A qağa

Eylədim öz- özümə sorğu- suallar,a qağa,
ÇıxamAdamdan olam İnsana həmvar,a qağa.

Eylədim elani-cəng mənlərimə mən Mənilə,
Doluşub içimizə tülkü,canavar,a qağa.

Tarih 24 Mar 2016 Kategori: Elli Atayurd

Çanaqqala

Kecilə bilməz idi Çanakkala –Türk Ruhunun zirvəsidir.,-”
Ölümə qalib olan –Ölümsüzlük—Göylüyümün çöhrəsidir.
Burası tarix yazan ,dastan qoşan,tabu qalan Çanaqqala,
Əyirəm baş mən önündə zəfərin Mütləqi olan Çanaqqala.

Tarih 24 Mar 2016 Kategori: Elli Atayurd

Dördlüklər

Yüz cür tələ qurub eşə dostuna,
Düşdülər məkr ilə mərdin qəsdinə,
Hiylə libasında tülküdən betər,
Köpək qısqırtdılar aslan üstünə.

Tarih 13 Mar 2016 Kategori: Elli Atayurd

Erməni Olmaq İstəyənə

Əcaba çoxmu asan olmağa erməni kimi,
Görmədim bərabərincə yaltağ erməni kimi,
Atmısan ar-namusun ortalığa erməni kimi,
Dostunu düşmənini anlamağın yoxmu sənin?

Tarih 13 Mar 2016 Kategori: Elli Atayurd

Bir Savaşım Var

Ömür bir üzün yol,mən də yolcusu,
Yoluma çıxanla bir savaşım var.
Insanlıq ocağma yağış yağdıran.
Külümü yuyanla bir savaşım var.

Tarih 25 Şub 2016 Kategori: Elli Atayurd

Göylərə eşqin adıyla

Göylələrə eşqin adıyla yazaram varlığımı,
Eşqimin miqdarıdır,göstərən İnsanlığımı.

Tarih 25 Şub 2016 Kategori: Elli Atayurd

Ola bilməz

Ola bilməz doğuran İnsanı mühitlə zaman,
Çün mühit,zaman deyil Mənada,Mənaya çatan.